Accessibility links

Təhqiqat heyəti: Britaniyanın İraqa hərbi müdaxiləsi zəruri deyildi


Britaniyanın İraq müharibəsindəki rolu ilə bağlı təhqiqata başçılıq edən Con Çilkot “müdaxilənin bu günədək davam edən pis nəticələri” olduğunu deyib.

Keçmiş dövlət qulluqçusu olan Con Çilkot istintaq heyətinin bir neçə il ərzində keçirilmiş ictimai dinləmələr və təhlillərdən ibarət 150 min sənədi əhatə edən hesabatının açıqlandığı vaxt çıxış edib.

İstintaq üzvləri ABŞ-ın başçılıq etdiyi hərbi müdaxiləyə ehtiyac olub-olmadığını və müdaxilədən sonrakı iğtişaşların əvvəlcədən gözlənilib-gözlənilə bilməyəcəyinə dair sualları cavablandırmağa çalışıb.

Çilkot hansısa bir məqamda İraqa hərbi müdaxilənin zərurətinin yarana bildiyini, amma 2003-cü ilin mart ayında Səddam Hüseyndən birbaşa heç bir təhlükənin gəlmədiyini deyib.

İraqda kütləvi qırğın silahları aşkar olunmayıb.

Çilkot bildlirib ki, hərbi müdaxilənin başlamasına səbəb olaraq daxili çəkişmələr və Əl-Qaidənin İraqda fəaliyyətinin yaratdığı risklər, habelə regional qeyri-sabitlik göstərilmişdi.

O həmçinin bildirib ki, hərbi müdaxilənin Əl-Qaidənin Britaniya üçün yaratdığı təhlükəni artıra biləcəyi ilə bağlı baş nazir Toni Bleyerə xəbərdarlıq edilmişdi.

Bleyer Britaniyanın 179 əsgərinin ölümünə səbəb olan bu müharibəyə bəraət qazandıraraq vicdansızcasına davrandığına dair ittihamları rədd edir. O, ölkənin maraqlarına xidmət edən addımlar atdığını iddia edir.

XS
SM
MD
LG