Accessibility links

Britaniyada AstraZeneca vaksini tətbiq edilir


Britaniyada AstraZeneca vaksini tətbiq edilir
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Britaniyanın tibbi tənzimləmə agentliyi dekabrın 30-da bəyan edib ki, Britaniya və İsveçin AstraZeneca və Oksford Universitetinin birgə hazırladığı vaksindən təcili hallarda istifadəsinə icazə verib. Alimlər peyvəndin pandemiyaya qarşı qlobal mübarizədə oyun dəyişdiricisi ola biləcəyini deyir.

Britaniyada koronavirus infeksiyası artdığı üçün yeni bir peyvəndin təsdiqlənməsi xoş qarşılanıb. Tənzimləyicilər Oxford Universiteti-AstraZeneca peyvəndinin COVID-19-a qarşı 70% effektiv və digər xəstəliklər üçün bir çox peyvəndlə müqayisədə nisbətən yüksək bir göstəriciyə malik və istifadəsinin təhlükəsiz olduğunu bildirib.

"Daha əvvəl də söylədiyim kimi, bu gün də bir daha deyəcəyəm ki, xalqın təhlükəsizliyi hər zaman birinci yerdədir" - deyə, Tibbi Tənzimləyici Agentliyinin icraçı direktoru Cun Reyn bildirib.

AstraZeneca peyvəndi inkişaf etməkdə olan ölkələr üçün sevindirici xəbərdir. Hər bir dozası üç ilə dörd dollar olan bu vaksin soyuducuda saxlanmalıdır.

"Daha az inkişaf etmiş və daha kiçik büdcəsi olan inkişaf etməkdə olan ölkələr bu peyvənddən istifadə edə biləcəklər" , Reading Universitetinin mikrobioluqu Simon Klark deyib.

Bu ayın əvvəlində bir neçə Qərb ölkəsi 95 faizə yaxın təsirli olan Pfizer-BioNTech peyvəndini təsdiqləyib. Dozası 20 dollardan baha olmayan bu peyvənd selsi ilə mənfi 70 dərəcədə saxlanmalıdır.

AstraZeneca peyvəndi üçün optimal doza rejiminin araşdırılması davam edir. İngiltərə yalnız yaşlı və həssas qruplara diqqət ayırmaqdansa, ilk dozanı mümkün qədər çox insana verməyi planlaşdırır.

İkinci doza on iki həftədən sonra daha uzunmüddətli qoruma üçün davam etdiriləcək.

“Peyvəndin əhatə dairəsini artırmaq üçün hökumətin təzyiqi var. Və bu başa düşüləndir, insanlar bunu mümkün qədər tez etmək istəyir. Ancaq həssas olduqları və vaksini ala bilmədikləri üçün daha çox insanı xəstəxanaya yatırırsınızsa, deməli xəstəxanalarımız hələ də təzyiq altındadır” , Klark əlavə edib.

İngiltərə hökumətinin vaksin təsdiqi böyük nikbinliyə səbəb olub.

"İndi marşrutumuzu bu pandemiyanın kənarında görə bilərik" - deyə, İngiltərənin səhiyyə naziri matt Hankok bildirib.

Ancaq qurtuluş yolu yolu çətin olacaq. İngiltərə həkimləri koronavirusun yeni variantının təsiri ilə artan infeksiya ilə mübarizə aparır. Onlar bu növün 50%-dən çox yoluxucu olduğunu deyir.

Rekord xəstə sayına görə xəstəxanalar dolu olduğu üçün xəstələr təcili yardım maşınlarında müalicə olunur.

“Nəzarət otağı işçiləri kimin və hansı qaydada təcili yardım alacağına dair inanılmaz dərəcədə çətin qərarlar vermək məcburiyyətində qalıb. Çox vaxt çoxsayda insan təcili yardım maşınları gözləyir və onların isə göndərməyə heç kimi olmur” , Britaniyanın yarı-tibbi Kollecindən Vill Broqton bildirib.

Mutasiyadan keçmiş yeni virusuna yoluxma halları indi digər ölkələrdə aşkar edilir. Alimlər bunun yayılmasının qarşısını alacaq vaksinlərin qlobal yayılmasını daha da aktuallaşdığını deyir.

XS
SM
MD
LG