Accessibility links

Britaniyada Brexit möhlətinin uzadılması təsdiq edilib


Britaniyada üç gün davam edən səsvermə bu gün başa çatıb. Qanunvericilər Avropa İttifaqından Britaniyanın blokdan ayrılması üçün son möhlət tarixinin uzadılmasını istəyib-istəməməklə bağlı səs verib.

Qanunvericilər tarixin uzadılmasını səs çoxluğu ilə təsdiq edib.

Böyük Britaniyanın İcmalar Palatası çərşənbə axşamı böyük səs fərqi ilə baş nazir Tereza Meyin Brexit razılığının əleyhinə səs verib. Bunun ardınca isə onlar çərşənbə günü səs verərək Avropa İttifaqını mayın 29-da heç bir razılıq olmadan tərk etməyi də rədd edib.

"Birləşmiş Krallıq və Avropa İttifaqı qanunlarına əsasən, heç bir razılıq əldə olunmasa, Britaniya Avropanı razılıq olmadan tərk edəcək. İndi artıq hər hansı bir razılığa gəlmək bizim hər birimizin borcudur. Önümüzdəki seçimlər əvvəlkilər kimi eynidir", Tereza Mey söyləyib.

Əgər cümə axşamı son möhlətin uzadılması ilə bağlı tədbir təsdiq olunsa, onun həyata keçirilməsi üçün digər Aİ üzvləri də bu tədbiri təsdiq etməli olacaq.

XS
SM
MD
LG