Accessibility links

Britaniyada COVID-19 ilə əlaqədar səyahət qaydalarının pozulmasına görə böyük cərimələr və mümkün həbs cəzası


Britaniyanın Səhiyyə Naziri Mett Hankok çərşənbə axşamı COVID-19-un geniş yayıldığı yerlərdən səyahət edən Böyük Britaniya və İrlandiya sakinləri üçün 13000 dollardan çox ödəniş və 10 illik həbs cəzası da daxil olmaqla yeni sərt səyahət qaydalarını təqdim edib.

Hankok yeni qaydaları Parlamentdə elan edərək onların artıq mövcud qaydalara əsaslandığını qeyd edib və icazəsiz ölkə xaricinə səyahətin artıq qanunsuz olduğunu bildirib.

O, yeni qaydalara görə, Britaniyaya Cənubi Afrika kimi "qırmızı siyahıda" olan ən yüksək riskli ölkələrdən gələn qanuni sakinlərin ölkəyə gəldikləri andan etibarən 10 gün ərzində oteldə ayrılmış otaqda karantinə salınmasını və yaşayış, nəqliyyat və test xərclərini əhatə edən “karantin paketi” üçün 2400 ABŞ dolları ödəməli olacaqlarını bildirib.

Hankok tələb edilən zaman otellərdə karantinə alınmayan şəxslərin əvvəlcə təqribən 7 min dollar, sonra isə təxminən 14 000 dollara yüksələcək cərimə ilə üzləşəcəyini açıqlayıb. “Qırmızı siyahı”da olan 33 ölkədən birində olduqlarını bildirməyənləri isə 10 ilədək həbs cəzası gözləyir.

Hankok Parlamentə yeni proqramın bazar ertəsi günündən başladığını və bu günə qədər 16 otellə müqavilə bağlandığını bildirib. O, bütün beynəlxalq səyahətçilər üçün yeni "genişləndirilmiş test" rejiminin bazar ertəsi günü başlayacağını və karantin müddəti boyunca iki testintələb olunduğunu qeyd edib.

"Bu qaydaları pozan insanlar hamımızı riskə atır. Sərnişin daşıyıcıları, sərnişinlərin səyahətə çıxmasından əvvəl bu yeni tənzimləmələrə imza atdığından əmin olmalıdır və bilmədirlər ki, riayət etmədikləri təqdirdə cərimə olunacaqlar" – deyə, Hankok bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG