Accessibility links

Britaniyada İŞİD sıralarına qoşulanlara ikinci şans verilməsi debat mövzusuna çevrilib


Britaniyada İŞİD tərəfindən sıralarına cəlb edilən britaniyalıların ailə üzvlərinə ikinci şans verilməsi məsələsi debat mövzusuna çevrilib.

Digər Avropa ölkələri kimi Britaniya da “cihad arvadları” kimi tanınanların geriyə qaytarılmasına meylli deyil.

Çox az sayda insan vətinlərə qayıtsa da, yüzlərlə qadın və uşaq siyasi və ya leqal baxımdan repatriasiyalarını gözləyir.

Onların bir çoxunun tələbinə Avropa ölkələri tərəfindən məhəl qoyulmur. Onları vətənə xəyanət edənlərin təhlükəsiz olmayacağı qorxudur.

ABŞ rəsmiləri Avropa ölkələrini həmin insanları qaytarıb, məsuliyyətə cəlb etməyə çağırır. Əks təqdirdə, Suriyanın şimal-şərq bölgəsində qaçqın və nəzarət mərkəzlərində qalanların geri qayıtdıqda ciddi təhlükəyə səbəb olacağı deyilir.

ABŞ prezidenti Donald Tramp ötən şənbə günü Tvitter hesabında yazıb ki, əks halda amerikalılar onları buraxacaq və nəticədə onlar azad adamlar kimi Avropa İttifaqı ölkələrinə dönə və gələcəkdə yenidən terrorçuluqla məşğul ola bilər.

Trampın yazısında, onların birbaşa Avropa ölkələrinin vətəndaşları olduğuna toxunulmayıb.

Avropa rəsmiləri isə onların mükahiməsinin asan olmayacağını bildirir. Belə ki, fərdlərin günahlarına dair dəlil toplamaq mürəkkəb bir məsələdir.

Hazırda kürdlər tərəfindən 900 xarici cihadçı və onların 3200 arvadı və uşağı saxlanılır.

Rəy sorğularına görə, britaniyalıların əksəriyyəti bu insanların geriyə qayıtmaq hüququna layiq olmadığını düşünür.

Təxminlərə görə, azı 900 britaniyalı İŞİD sıralarına qoşulub. Onların 145-nin qadın, 50-nin yeniyetmə olduğu bildirilir.

Ümumilikdə 5000 avropalının yaraqlılara qoşulduğu bildirilsə də, bəzi ekspertlər bu göstəricinin daha yüksək olduğunu deyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG