Britaniyanın Səhiyyə Katibi Matt Hankok çərşənbə axşamı iki ayrı Britaniya tədqiqat qrupunun COVID-19 peyvəndi mövzusunda əhəmiyyətli irəliləyiş əldə etdiklərini açıqlayıb.
Londonda keçirilən brifinqdə Hankok, həm London İmperial Kollecində, həm də Oksford Universitetində tədqiqatçıların potensial peyvəndləri sınaq mərhələsinə keçirdiklərini bildirib.
O, Britaniya Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) ilə sıx əməkdaşlıq edən Oksford komandasının bu həftə insanlar üzərində klinik sınaqlar keçirməyə başladığını qeyd edib. Onun sözlərinə görə, hökumət onların səylərini maliyyələşdirmək üçün təxminən $25 milyon dollar ayırıb.
O, həmçinin deyib ki, hökumət klinik sınaqlarının ikinci mərhələsini maliyyələşdirmək və üçüncü mərhələyə başlamaq üçün İmperial Kollecin tədqiqat qrupuna $27 milyon dollardan çox vəsait ayırır.
Hankok adətən peyvənd inkişafının bu mərhələsinə keçmək üçün illər lazım olduğunu dilə gətirib. O, əgər vaksinlərdən biri təsirli olduğu sübut olunarsa, onu tez bir zamanda əldə edə bilmək üçün Britaniyanın istehsal qabiliyyətinə dah çox sərmayə qoyacağını söyləyib.
BMT-nin Baş Katibliyi pandemiyaya qarşı mübazirə aparacaq dərmanlar və vaksinlərin hazırlanması və onlara çıxışı sürətləndirmək üçün qlobal addımların atılmasına çağırıb. Ümumdünya Səhiyyə Təşkilatı isə çərşənbə günü xəbərdarlıq edib ki, koronavirus səbəbiylə tətbiq olunan karantin rejimlərini yüngülləşdirilməyə tələsmək virusun yenidən yayılmasına gətirib çıxara bilər.
BMT-nin qətnaməsi Baş Katib Antonio Quttereşi bütün insanların, xüsususilə də inkişaf etməkdə olan ölkələrdəki insanların, testlərə, tibbi avadanlıqlara, dərmanlara və gələcəkdə vaksinlərə bərabər və vaxtı-vaxtında çıxışının olmasını təmin etmək üçün ÜST ilə birlikdə işləməyə və tövsiyələr verməyə çağırıb.