Accessibility links

Britaniyada sərt karantin rejimi tətbiq olunur


Boris Conson
Boris Conson

Britaniyanın baş naziri Boris Conson şənbə günü İngiltərədə yeni koronavirus məhdudiyyətləri tətbiq edib. O daha öncə bayram mövsümündə məhdudiyyətləri yüngülləşdirmək planlarını ləğv edib. Buna səbəb ölkədə koronavirusun yeni ştammının aşkarlanması olub.

“Mən insanların ili bu vaxtına nə qədər duyğu yüklədiklərini bilirəm...Mən bunun nə qədər məyusedici olacağını bilirəm,” Conson mətbuat konfransı zamanı bildirib. “Mənim başqa alternativin yoxdur,” o deyib.

Conson yeni sərt məhdudiyyətləri İngiltərənin baş həkiminin şənbə günü ölkədə koronavirusun yeni ştammının nəzarət altına alınmadığı təqdirdə sürətli şəkildə yayıla biləcəyini və daha çox yoluxmalara səbəb ola biləcəyini təsdiq etməsindən sonra tətbiq edib.

Baş nazir yeni virus ştammının daha öncəkilərlə müqayisədə 70 faiz daha yoluxucu olduğunu qeyd edib.

Dr. Kris Vitti bəyanatında bildirib ki, yeni ştammın daha çox ölümlərə gətirib çıxardığı və ya yeni təsdiq olunmuş vaksinlərə daha müqavimətli olduğuna dair sübut yoxdur, amma bunu sübut etmək üçün təcili səylər görülür.

Vitti deyib ki, Britaniya Ümumdünya Səhiyyə Təşkilatını yeni virus ştammı ilə bağlı xəbərdar edib. Britaniyanın səhiyyə katibi Matt Hankok virus ştammının ölkənin cənubunda üzə çıxdığını bildirib.

Şənbə gecə yarısı qüvvəyə minən yeni tədbirlər nəticəsində London və İngilətərənin cənub-şərqindəki insanlar, bu isə o deməkdir ki, ölkə əhalisinin üçd biri artıq daha sərt məhdudiyyətlərlə üzləşirlər. Onlar işə getmək kimi məcburi səbəblər olmadan evdən bayıra çıxa bilməyəcəklər.

ABŞ-da isə amerikan əczaçılıq şirkəti Moderna, Inc və partnyorları yeni təsdiq olunmuş COVID-19 vaksinini paylamağa başlayıblar. Vaksin bazar günü ABŞ-da 3700 nöqtəyə çatdırılacaq. Bu barədə şənbə günü virtual mətbuat konfransı zamanı ABŞ Ordusunun generalı Qustav Perna məlumat verib.

Perna Moderna vaksinin şənbə günü səhiyyə işçilərinə tətbqi olunacağını, lakin Moderna və Pfizer vaksinlərinin ilk 20 milyon dozasından bir hissəsinin yanvarın ilk həftəsi tətbiq olunacağını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG