Accessibility links

Britaniyada Tereza Meyə qarşı böyük yürüş


Britaniyanın baş naziri Tereza Mey qanunvericilərə bildirib ki, o, gələn həftə parlamentdə mübahisəli Brexit planının təsdiq olunmasına çalışmayacaq.

Şənbə günü Londonun mərkəzində böyük etiraz yürüşü ilə üzləşən lider cümə gecə qanunvericilərə yazıb ki, o, Avropa İttifaqından ayrılmaq planını onun keçməsi üçün kifayət qədər dəstəyin olduğundan əmin olduğu təqdirdə parlamentə təqdim edəcək.

Əgər gələn həftə kifayət qədər dəstək olmadığını görsəm və ya İcmalar Palatası planı yenidən rədd etsə, biz aprelin 12-dən öncə son möhlətin uzadılmasını istəyə bilərik, amma bunun üçün Avropa Parlamentində səsvermə keçirilməli olacaq, o deyib.

Xalqın Səsi Yürüşü
Xalqın Səsi Yürüşü

Meyin mövqeyini dəyişməsi planın daha öncə iki dəfə məölub olmasından sonra İcmalar Palatasında yenidən səsvermədən keçməmək şansının yüksək olduğunu əks etdirir.

O deyir ki, planı parlamentə təqdim etmək üçün bunun əleyhinə çıxan spiker Con Berkounun icazəsini almalıdır. Berkou deyib ki, plana dəyişiklik edilmədiyi təqdirdə onunla bağlı üçüncü səsvermə parlamentin qanunlarını pozacaq.

Mey qanunvericilərə ünvanladığı məktubda həmçinin deyib ki, əgər razılıq təsdiq olunda, Britaniya Avropa İttifaqını Avropa İttifaqı rəsmiləri ilə razılaşdıqları tarixdə, yəni mayın 22-də tərk edəcək.

Qanunvericilər razılığı iki dəfə rədd edib və gələcək günəlrdə onu qəbul edəcəklərinə dair heç bir işarə də yoxdur. Heç bir razılıq olunmasa Britaniyanın Avropa İttifaqını aprelin 12-də tərk edəcəyi gözlənilir.

Brexit tərəfdarı qüvvələr Londonun mərkəzində planlaşdırılan ikinci referendum lehinə yürüşün mümkün siyasi təsirlərindən narahatdır. İkinci referendum britaniyalı seçicilərə 2016-cı ildə Aİ-nı tərk etmək lehinə səs vermələrinə baxmayaraq bu dəfə ittifaqda qalmağı dəstəkləmələrinə imkan yarada bilər.

Britaniya baş naziri Tereza Mey
Britaniya baş naziri Tereza Mey

“Xalqın Səsi Yürüşü”nün təşkilatçıları təxmin edir ki, Britaniyada keçirilən ən böyük etiraz yürüşü bütün Londonu əhatə edəcək. 4 milyondan çox insan bu həftə Brexit prosesini rəsmi olaraq başladan 50-ci Maddənin ləğvinin əleyhinə elekton petisiya imzalayıb.

Yürüş parlamentin önündə başa çatacaq. Həftələrdir davam edən hərtərəfli müzakirələrə baxmayaraq, Brexitlə bağlı konsensus əldə olunmayıb.

Mey məktubunda qanunvericilərə deyib ki, Britaniyanın önündə hələ bir neçə alternativ var.

XS
SM
MD
LG