Accessibility links

Britaniyada yaşayan polşalı immiqrantlar vətənlərinə geri dönür


Britaniyada yaşayan polşalı immiqrantlar vətənlərinə geri dönür
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Britaniyada yaşayan polşalı immiqrantlar vətənlərinə geri dönür

Brexitdən bezən ekoloq Katarzina Koçinievska biletini alıb, çamadanını toplayıb yeni imkanlar axtarışında Polşaya geri qayıdır.

Sevgilisi Radoslav Stançak üç ay sonra onun yanına Polşanın Bıdqoş şəhərinə gedəcək.

Bu cütlük Polşada iqtisadi vəziyyət düzəldiyi və Brexitlə bağlı qeyri-müəyyənlik səbəbilə məyusluğun artdığı bir vaxt ölkəni tərk edən Britaniyanın ən böyük azlıq qrupu olan polşalılar arasındadır.

Polşa mən 2006-cı ildə oranı tərk edəndən bəri dəyişib. Ümumilikdə məncə yaxşıya doğru dəyişib. İqtisadiyatda çox sayda dəyişikliklər baş verib.
Radoslav Stançak

13 ildir Birləşmiş Krallıqda yaşayan və inşaat firmasına sahib olan Stançak deyir ki, Britaniya hökümətinin Brexitlə bağlı çıxılmaz vəziyyətdən çıxa bilməməsi bu cütlük daxil olmaqla bir çox polşalının Britaniyanı tərk etməsinə təkan verib.

“Mənim dostlarımdan bir neçəsi geri dönməyə qərar verib. Bəziləri bir neçə il əvvəl Brexitdən dərhal sonra qayıdıb. Onları bu qərarı verməyə nə isə vadar edib. Bəziləri isə indi qayıdır.”

Britaniya parlamenti dəfələrlə baş nazir Tereza Meyin ittifaqı tərk etməklə bağlı razılığını rədd edib və heç bir alternativ qəbul etməyib.

“Məncə Brexit-lə bağlı, nələrin baş verəcəyi ilə bağlı çox sayda qeyri-müəyyənlik var idi. Məncə hələ də var. Nə olacağı məlum deyil”, Stançak söyləyir.

Lakin Stançak deyir ki, onların bu qərarına həm də Polşa iqtisadiyyatının gücü səbəb olub. Belə ki, ÜDM 2018-ci ilin dördüncü rübündə 4.9 faiz artıb və ölkədə işsizlik səviyyəsi rekord dərəcədə aşağıdır.

Stançak düşünür ki, hazırda orada o və Koçinievska üçün 2006-cı illə müqayisədə daha çox imkan var.

“Polşa mən 2006-cı ildə oranı tərk edəndən bəri dəyişib. Ümumilikdə məncə yaxşıya doğru dəyişib. İqtisadiyatda çox sayda dəyişikliklər baş verib”, Radoslav Stançak bildirib.

Britaniya Brexit
Britaniya Brexit

Britaniyada iki il yaşayandan sonra Britaniya adətlərini sevməyə başlayan Koçinievska bu vəziyyətin çox sayda insanı narahat etdiyini bildirir.

O deyir ki, Britaniya höküməti Avropa İttifaqında qalıb-qalmamağa qərar verməlidir.

“Bəziləri Polşaya geri dönməyi nəzərdən keçirir. Vəziyyət indi elədir ki, Britaniya Avropa İttifaqından ayrılandan sonra polşalılar və diqər immiqrantların vəziyyətinin necə olacağını demək çətindir. Biz hətta Britaniyanın Aİ-nı tərk edib-etməyəcəyini bilmirik. Lakin hər kəs bu məsələ barədə düşünür, çünki bu bizə birbaşa təsir göstərir.” Koçinievska deyir.

O həmçinin ambisiyalı və ali təhsilli polşalıların geri qayıtmaq istədiyini və əmək bazarında rəqabətdən qorxmadıqlarını söyləyir.

“Mən maddi məqsədlərlə İngiltərə və ya hər hansı başqa ölkəyə köçməmişəm, mənim məqsədim hər zaman öz ixtisasım üzrə işləmək olub, mən buna bənzər iş axtarırdım.Mən burada ekoloq yardımçısı olaraq işləyəndə çox xoşbəxt idim və Polşada da buna bənzər iş axtaracam”, Koçinievska söyləyir.

Bəziləri Polşaya geri dönməyi nəzərdən keçirir. Vəziyyət indi elədir ki, Britaniya Avropa İttifaqından ayrılandan sonra polşalılar və diqər immiqrantların vəziyyətinin necə olacağını demək çətindir.
Katarzina Koçirnievska

Onlayn nəqliyyat xidmətləri brokeri Clicktrans-dən alınan məlumata görə, 2018-ci ildə Birləşmiş Krallıqdan Polşaya köçən polşalılar iki ölkə arasında səyahət edən insanların 85 fazini təşkil edib.

Clicktrans-in bildirdiyinə görə, Brexit səsverməsindən bir il öncə Britaniyadan Polşaya və ya Polşadan Britaniyaya köçən polşalıların sayında əhəmiyyətli fərq yox idi.

Səfərindən öncə dostları ilə birlikdə yerli pabda pivə içən Koçinievska Polşaya dönəcəyinə görə nikbindir. O, doğma şəhəri üçün darıxdığını və Bıdqoşda yeni həyat quracağı üçün həyəcanlı olduğunu söyləyir.

On ildən çox müddət Birləşmiş Krallıqda yaşayan Stançak isə daha ehtiyatlıdır. O, narahatdır ki, bu keçid dövrünə alışmaq bir az vaxt alacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG