Accessibility links

Britaniyalı etirazçılar Brexitlə bağlı səsvermə tələb edir


Britaniyalı etirazçılar Brexitlə bağlı səsvermə tələb edir
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Britaniyanın Brexit razılığının tənqidçiləri Britaniya ilə Avropa İttifaqı arasında Britaniyanın ittifaqdan ayrılmasının şərtlərinə dair danışıqların yenidən aparılmasına çağırır. Parlamentin aşağı palatasında razılıqla bağlı səsvermə çərşənbə axşamına təyin olunub. Lakin səsverməni həm Brexiti dəstəkləyənlər həm də Britaniyanı Avropa İttifaqında görmək istəyənlər tənqid edir. Hökümət xəbərdarlıq edir ki, əgər qanunvericilər razılığı rədd etsə, Brexit baş tutmaya bilər.

Brexit əleyhinə kampaniya aparanlar və siyasətçilər bazar günü Londonda bir araya gələrək çərşənbə axşamı günü parlamentdə keçiriləcək mühüm səsvermədən öncə təklif olunan Brexit razılığına etiraz edib.

Brexitin bizim ətraf mühit stardartlarımız, əmək haqlarımız və insan haqlarımıza vuracaq ziyanları və onun Britaniyada həyat qurmuş Avropa İttifaqı vətəndaşlarının artıq özlərini burada arzuolunmaz hiss etmələrinə səbəb olduğunu nəzərə alaraq, biz bu Brexiti rədd edirik, çünki bu siyasəti də rədd edirik.
Karolin Lukas

“Brexitin bizim ətraf mühit stardartlarımız, əmək haqlarımız və insan haqlarımıza vuracaq ziyanları və onun Britaniyada həyat qurmuş Avropa İttifaqı vətəndaşlarının artıq özlərini burada arzuolunmaz hiss etmələrinə səbəb olduğunu nəzərə alaraq, biz bu Brexiti rədd edirik, çünki bu siyasəti də rədd edirik” -deyə , Yaşıllar partiyasından qanunverici Karolin Lukas bildirir.

2016-cı ildə keçirilən referendumda seçicilərin təxminən 52 faizi Brexiti, yəni Britaniyanın 28 üzvlük ittifaqdan çıxışını dəstəkləmişdi. Lakin Brexitin lehinə səs verən bəzi insanlar da artıq razılıqdan məmnun deyil və onunla bağlı səsvermə tələb edir.

“Bizim hökümətimiz bizi Avropa İttifaqına daha çox bağlayan razılıq əldə edib. Bu heç də Brexit deyil, amma onlar belə olduğunu iddia edir. Biz də bu xəyanəti vurğulamaq üçün burdayıq” - Tottenhamdan etirazçı Dayan Rouz bildirir.

Xalqın Səsi adlı hərəkatın fəalları deyir ki, hər iki tərəf Brexit razılığı ilə bağlı refendumu dəstəkləyir.

“Brexiti dəstəkləyənlər də razılıqdan məmnun olmadığı üçün anlayır ki, onlar aldanıblar və məmnun olmadıqları razılıq əldə edirlər. Bu razılıq onların ittifaqdan çıxmaq üçün səs verdikləri məsələləri həll etmir və onlar problemin Birləşmiş Krallıq höküməti olduğunu dərk edir”, Xalqın Səsi fəalı Deyvid Hardman deyir.

Tənqidçilər deyir ki, razılıq Britaniya üçün nə əlverişlidir,nə də Britaniya ilə Avropa İttifaqı arasında ticarət əlaqələrinin gələcəyinə dair aydınlıq gətirir. Bir çoxları razılığın çərşənbə axşamı parlamentdə lazım olan dəstəyi almayacağını təxmin edir. Britaniyanın Brexit naziri Stefen Barkley bunun mümkün olduğunu desə də, razılığın rədd olunmasının ölkə iqtisadiyyatı üçün pis olacağını söyləyib.

Brexit əleyhinə itiraz edən nümayişçilər
Brexit əleyhinə itiraz edən nümayişçilər

“Aydın olan odur ki, səsvərmənin gələn həftəyədək baş tutmaması bizneslər və iş yerləri üçün qeyri-müəyyənliyə səbəb olacaq”, o deyir.

Britaniyanın baş naziri mühafizəkar Tereza Mey xəbərdarlıq edib ki, parlamentin onun əldə etdiyi Brexit razılığını rədd etməsi Britaniyanın Avropa İttifaqında qalması və Leyboristlər partiyasının hakimiyyətə gəlməsi ilə nəticələnə bilər.

XS
SM
MD
LG