Accessibility links

Misirdə həbs edilmiş britaniyalı qadına hökm oxunub


Misirdə qadağan olunmuş ağrıkəsici dərmanların qaçaqçılığına görə həbs edilmiş britaniyalı qadının ailəsi onun səhhətindən narahat olduqlarını bildirib.

Məhkəmə çərşənbə axşamı 33 yaşlı Laura Plammerin 3 il müddətinə azadlıq məhrum edilməsinə qərar verib.

“Laura heç məhkəmə zamanı ayaq üstə dura bilmirdi. Çünki, təxminən 3 aydır onu balaca bir hücrədə saxlayır, hərəkət etməsinə, həyətə çıxmasına icazə verilmir. O hazırda böyük psixoloji böhranın bir addımlığındadır.” – deyə, britaniyalı qadının bacısı Ceyn Sinkleyr bildirib.

Plammer gömrük məmurları tərəfindən oktyabr ayında Qırmızı dəniz yaxınlığındakı kurort şəhəri olan Hurqhada həbs edilmişdi. Onun baqajında 200 kq-a yaxın Tramadol dərmanı tapılmışdı.

Tramadol əyləncə məqsədi ilə istifadə edilə bildiyinə görə Misirdə qadağan olunub.

Məlumata görə, britaniyalı diplomat qərardan öncə misirli həmkarı ilə danışaraq bildirib ki, Laura səhv seçim etsə də niyyəti cinayət etmək deyildi.

Plammer isə bu dərmanları xronik bel ağrılarından əziyyət çəkən misirli sevgilisi üçün gətirdiyini bildirib.

XS
SM
MD
LG