Accessibility links

Britaniyanın Qatvik aeroportu təhlükəsizlik səbəbilə bağlanıb


Cümə axşamı artıq ikinci gündür ki, Britaniyanın Qatvik hava limanı bağlıdır.

Buna səbəb təyyarə meydanı üzərində dronların uçması olub. Nəticədə uçuşlar təxirə salınıb, minlərlə insan ya hava limanında, ya da təyyarələrdə ilişib qalıb.

Təxminən 10,000 nəfərin uçuşu təxirə salınıb.

Londonun cənubunda yerləşən və Britaniyanın sərnişin sayına görə ikinci ən məşğul hava limanı çərşənbə günü axşam saatlarında hava hövzəsində iki dron görüldükdən sonra yeganə uçuş-enmə zolağını bağlayıb.

Daha sonra gecə saat 3-də uçuş-eniş zolağı açılsa da, 45 dəqiqə sonra yeni dronlar görüldükdən sonra yenidən bağlanıb.

Qatvik hava limanı
Qatvik hava limanı

Hava limanı bildirib ki, bütün uçuşlar təxirə salınıb. Sərnişinlərə hava limanına yollanmadan uçuşlarının statuslarını yoxlamaq tövsiyə edilib.

Bir çox insan aeroportda yerlərdə yatıb və ya məlumat kiosklarının önündə uzun növbələrə dayanıb.

Qatvik hava limanının baş idarəçi direktoru Kris Vudruf deyib ki, cümə günü səhər saatlarına olan məlumata görə, təxminən 10000 nəfərin uçuşu təxirə salınıb.

Bir çox insan aeroportda yerlərdə yatıb və ya məlumat kiosklarının önündə uzun növbələrə dayanıb.

Bu rəqəmin artacağı gözlənilir. Cümə günü 760 təyyarə ilə 100 min insanın Qatvik vasitəsilə uçacağı gözlənilirdi.

Vudruf cümə axşamı bir dronun hələ də ərazidə olduğunu vurğulayıb.

Polis hava limanı ətrafında helikopterlər vasitəsilə dronları idarə edən insanları axtarır.

XS
SM
MD
LG