Accessibility links

Britaniyanın rusiyalı agenti zəhərləməkdə şübhəli bilinən üçüncü şəxsin kimliyini müəyyən etdiyi deyilir


Aleksandr Petrov və Ruslan Boşirov
Aleksandr Petrov və Ruslan Boşirov

İki avropalı təhlükəsizlik mənbələrinin Reutersa verdiyi məlumata görə, britaniyalı müstəntiqlər Rusiyanın hərbi kəşfiyyat zabitini sabiq rusiyalı agent Sergey Skripalın zəhərlənməsində üçüncü şübhəli şəxs kimi tanıyıb.

Mənbələr Bellingcat adlı araşdırmaçı vebsaytın dərc etdiyi hesabatı təsdiqləyib. Bellingcat cümə axşamı həmin hesabatda şübhəli şəxsin yüksək-rütbəli QRU zabiti və Rusiyanın Hərbi Diplomatik Akademiyasının məzunu Denis Sergeyev olduğunu açıqlayıb.

Onlarla casusu MI6-ya satan Rusiya hərbi kəşfiyyatının keçmiş zabiti Skripal və qızı Yuliya 2018-ci ilin martında İngiltərənin cənubunda Salisburi şəhərində huşsuz vəziyyətdə tapılmışdı. Onlar hərbi-dərəcəli Noviçok sinir qazı ilə zəhərlənmişdi. Daha sonra isə hər ikisi sağaldı.

Britaniyalı prokurorlar ötən sentyabr uydurma adları Aleksandr Petrov və Ruslan Boşirov olan iki rusiyalını cinayətə cəhd etməkdə ittiham edib. Rusiya zəhərlənmədə əli olduğunu inkar edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG