Accessibility links

Britaniyalı əsgərin ölümündə ittiham edilən şəxs məhkəmə qarşısına çıxarılıb


İkinci şübhəli isə xəstəxanada müalicə olunur

Böyük Britaniyalı əsgəri öldürməkdə ittiham olunan şəxs bu gün Londonda məhkəmə qarşısına çıxarılacaq.

DÜnən polis 22 yaşlı Maykl Adiboveylini Drummer Li Riqbinin ölümündə ittiham edib.

Polisin açdığı atəş nəticəsində yaralanan ikinci şübhəli hazıda xəstəxanada müalicə olunur.

Hər iki şəxs hadisə şahidlərinə bunu Böyük Britaniya qüvvələrinin müsəlmanları öldürdüyünə cavab olaraq etdiklərini deyib.

25 yaşlı Riqbi Əfqanistan müharibəsi veteranıdır. Hadisənin baş verdiyi yerdə və Londonun Vulviç ərazisində yerləşən hərbi bazanın qarşısında onun şərəfinə qurulan müvəqqəti xatirə abidəsi genişlənməkdədir.

Polis hücum ilə bağlı istintaqı davam etdirir.
XS
SM
MD
LG