Accessibility links

Britanyada iki nəfərin hansı maddə ilə zəhərləndiyini aşkar edib


Britanyanın terrorizm əleyhinə polisi iki nəfərin hansı maddə ilə zəhərləndiyini müəyyən edib.

Daxili Təhlükəsizlik naziri Sajid Cavid hökumətin COBRA fövqəladə vəziyyət komitəsi ilə görüşündən sonra deyib ki, ictimai zəhərlənmə riski yüksək deyil.

Nazir cütlüyün Noviçok siniq maddəsi ilə zəhərləndiyini təsdiq edib.

Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin baş verdiyi yer Rusiyanın sabiq casusunun zəhərləndiyi yerdən bir neçə kilomertlik məsafədə yerləşir.

44 yaşlı Dan Starqess və 45 yaşlı Çarli Rouli huşsiz vəziyyətdə xəsətəxanaya çatdırılıb.

Təhqiqiatın ilkin mərhələsində zəhərlənməyə Noviçok-un səbəb olduğu bildirilmişdi. Bunun Skarpalların zəhərlənməsi ilə əlaqəli olub-olmamsı bəlli deyil.

Britaniyanın baş naziri Tereza Mey vəziyyəti yaxından izlədiyini bildirib.

Britaniya hökuməti martın 4-də baş vermiş hadisənin hərbi dərəcəli Noviçok sinir qazı ilə törədildiyini, buna görə Moskvanın məsuliyyət daşıdığını bildirib.

Bu hadisədən sonra Qərbin 28 ölkəsindən 150-dən çox rusiyalı diplomat çıxarılıb.

Keçmiş casusla qızı Noviçok qazına Solsberidəki evlərinin giriş qapısında məruz qalıb. Orada ölümcül qazın yüksək konsentrasiyası aşkarlanmışdı.

Rusiya zəhərlənmədə əli olmadığını deyib. Xəstəxanadan çıxdıqdan sonra Skarpalların haraya yerləşdirildiyi bəlli deyil.

XS
SM
MD
LG