Accessibility links

Məsciddə yanğın imamın ölümünə səbəb olub


Brüssel yaxınlığındakı məscidin yandırılması məscidin imamının ölümünə səbəb olub. Polis yanğın törədən şəxsin kimliyini açıqlamasa da, onun 34 yaşlı müsəlman olduğunu bildirib.

Şahidlərin dediyinə görə, əlində balta və bıçaqla məscidə hücum edən həmin şəxs yanğın mayesindən istifadə edib. Yanğını söndürməyə çalışan imam tüstüdən boğulub.

Məsciddə gizlənən hücumçu nəzarət altına alınıb. Hücumun motivləri aydın deyil.

XS
SM
MD
LG