Accessibility links

Brüsseldə azərbaycanlı siyasi mühacirlərin aksiyası keçirilib


Brüsseldə etiraz aksiyası
Brüsseldə etiraz aksiyası

Aksiya iştirakçıları Avropa İttifaqı və Avropa Parlamentindən Azərbaycanda prezident seçkilərində şəffaflığın təmin edilməsi üçün səyləri fəallaşdırmağı tələb ediblər

Avropada yaşayan 50-dən çox azərbaycanlı siyasi mühacir iyunun 6-da Brüsseldə aksiya keçirib. Aksiyanın təşkilatçısı Azərbaycan Demokratik Hərəkatı olub.

Təşkilatçılar bildirib ki, Lüksemburq meydanında keçirilən aksiya iştirakçıları Aİ və Avropa Parlamentindən Azərbaycanda prezident seçkiləri zamanı şəffaflığın təmin edilməsi üçün səyləri fəallaşdırmağı tələb ediblər.

Aksiya başa çatdıqdan sonra siyasi mühacirlər Avropa Parlamentinin Asiya məsələləri üzrə departamentinin baş katibi Filipp Kamarislə görüşüblər. İki saatdan çox davam edən görüşdə iştirakçılar Azərbaycandakı vəziyyət, azadlıqların pozulması faktları haqqında məlumat veriblər.

Daha sonra Avropa Parlamenti və Avropa İttifaqı nümayəndələrinə Azərbaycanda siyasi mənzərəni əks etdirən bülletenlər, habelə bəyanat verilib.

Mühacirlər Avropanın başqa şəhərlərində də aksiyalarını davam etdirmək niyyətindədirlər.
XS
SM
MD
LG