Accessibility links

Bu ölkədə belə bir şüar var: "Məmur və məmur övladı cəzasız qalmalıdır!" [Audio-Müsahibə]


Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə məmur uşaqlarının davranışı ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, özbaşınalıq halları davam edir.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bu hallarla bağlı Amerikanın Səsinə danışıb.

please wait

No media source currently available

0:00 0:11:58 0:00

Onun dediyinə görə, evdə tərbiyə aldığı valideynlərinin cəsasız qaldığını görən harun məmur övladları belə davranışlarına davam edir. Mirvari Qəhrəmanlı prezidentin mesajlarının yerinə yetirilmədiyini bildirib.

Məmur övladı evində tərbiyə aldığı valideynin etdiyi hərəkətlərə görə cəzasız qaldığını, vəzifəsindən kənarlaşdırılmadığını görür, atasına oxşar hərəkətlər edir.

İnsan haqları müdafiəçisi indiyə qədər heç bir məmur və ya onların uşaqlarının cəzalandırılmadığını deyib.

Qəhrəmanlı hesab edir ki, bunlar “Həsən ağanın” (hekayə) qohumlarıdır.

“Sovet dönəmi də atanın valideynləri, valideynlərin atalarının məsuliyyət daşımasa da o zaman məmur övladı yalnız iş görsəydi, mütləq cəzalandırılardı” - deyə, Mirvari Qəhrəmanlı bildirib.

Bir neçə gün əvvəl tuneli bağlayıb, şampan açan, sürücülük vəsiqəsi olmadan maşın idarə edən, qəza şəraiti yaradanlar haqda Mirvari xanım deyib ki, diskriminasiya o həddə çatıb ki, insanlarda buna allergiya yaranıb.

Hüquq müdafiəçisi cəzasızlıq sindromunun cinayətin inkişafına xidmət etdiyini, diskriminasiyanın əhalinin məmura və onun oğluna nifrətinə səbəb olduğunu vurğulayıb.

Varlı məmur övladları arasında bahalı maşınlar sürmək populyar trendə çevrilib.
Varlı məmur övladları arasında bahalı maşınlar sürmək populyar trendə çevrilib.

Qəhrəmanlı tunnel məsələsinə gəldikdə bunun mütləq hansısa vəzifəlinin toyu olduğunu və əlbəttə ki, yol hərəkətini dayandıranların cəzasız qalacağını qeyd edib.

O bildirib ki, bu ölkədə belə bir şüar var : "Məmur və məmur övladı cəzasız qalmalıdır".

Məmur uşaqlarının özbaşınalığına son qoyulması üçün Mirvari xanım qanunların işləməli, polisin korrupsiyada əl çəkməli, müfəttişlərin qanunları bilməli olduğunu önə çəkib.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG