Accessibility links

"Bu aksiyalar həm daxildə, həm də xaricdə ciddi səs-küyə səbəb olur"


"Bu aksiyalar həm daxildə, həm də xaricdə ciddi səs-küyə səbəb olur"
please wait

No media source currently available

0:00 0:08:33 0:00

Amerikanın Səsinə müsahibə verən NİDA Vətəndaş Hərəkatının koordinatoru Samir Əsədli həbsdə olan jurnalist Əfqan Muxtarlıya qarşı təxribat hazırlanması xəbərinə aydınlıq gətirib.

Samir Əsədlinin sözlərinə görə, bir neçə ay bundan öncə 16 saylı cəzaçəkmə müəssisəsində siyasi məhbus Məmməd İbrahimə qarşı əlavə cinayət işinin açılması eyni hadisənin Əfqan Müxtarlıya da qarşı edilə biləcəyini söyləməyə əsas verir.

"Məmməd İbrahimə qarşı əlavə edilən saxta cinayət işi qaldırılanda Əfqan Muxtarlı buna etiraz etmişdi. Bu təzyiqlərin bir səbəbi də onunla bağlıdır. Bir həftədən çoxdur ki, onun mənə zəng etməsinə qadağa qoyulub. Əfqana dərman və yeməkləri mən çatdırıram. Görüşə ümumiyyətlə icazə vermirlər. Səbəb kimi yaxın qohumlarından kiminsə gəlməsini göstərirdilər. Bundan sonra qardaşı gəldi, buraxdılar, amma məni yenə də Əfqanla görə buraxmadılar. Soruşanda da dedilər ki, yuxarılar icazə vermir. Kimdir yuxarılar?"

Avropa Parlamentinin Azərbaycandakı siyasi məhbus problemini qaldırması hakimiyyəti çox ciddi narahat edir

Cənab Əsədli bildirib ki, 19 yanvar mitinqində çoxlu sayda insanın iştirak etməsi bir çox beynəlxalq təşkilatların, Avropa Parlamenti, Avropa Şurasının siyasi məhbus problemini qaldırması hakimiyyəti çox ciddi narahat edir və onlar da həmin formada siyasi məhbuslara təzyiq etməyə çalışırlar.

"Bunlar təkcə Əfqan, İlkin, Bayram, Qiyas yox, bütün siyasi məhbuslara qarşı təzyiqləri saxlamağa çalışır. Bayram və İlkinin aclıq aksiyası ilə bağlı ərizələrini almayıblar. Sabah artıq 11-ci gün tamam olacaq ki, onlar aclıq aksiyası keçirdirlər. Bunlar qorxurlar ki, bütün siyasi məhbuslar aclıq aksiyasına başlayar. Ona görə bu oyunlara əl atırlar. Çünki bu aksiyalar həm ölkə daxilində, həm də beynəlxalq təşkilatlarda ciddi səs-küyə səbəb olur."

Nida Vətəndaş Hərəkatının koordinatoru əlavə edib ki, Mehman Hüseynova qarşı qaldırılmış cinayət işinə xitab verilməsi 26 yanvara planlaşdırılan mitinqin aktuallığını azaltmır.

6 yanvar mitinqi İlkin Rüstəmzadə ilə bağlı gündəmə gəlir.

​"19 yanvar mitinqi Mehmanın şəkilləri ilə gündəmə gəlirdisə, 26 yanvar mitinqi İlkin Rüstəmzadə ilə bağlı gündəmə gəlir. İlkin Rüstəmzadə artıq 6 ilə yaxındır ki, heç bir əsas olmadan həbsdə saxlanılır. Bir hakimiyyət İlkin Rüstəmzadə kimi gənc insandan nəyin qisasını almağa çalışır? İlkin hərbi hissələrdə baş verən əsgər ölümlərinə etiraz aksiyalarının təşkilatçısı idi. Bu aksiyalarda da vətəndaşlar çıxıb, etiraz elədi. Nəticəsi də o oldu ki, daxili işlər naziri işdən çıxarıldı. Əgər bunlar naziri işdən çıxartdılarsa İlkin Rüstəmzadənin günahı nə idi?"

XS
SM
MD
LG