Accessibility links

Bu avtomobillər havanı nəinki çirkləndirmir, əksinə onu daha təmiz edir


Bu avtomobillər havanı nəinki çirkləndirmir, əksinə onu daha təmiz edir
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Londonun mərkəzində avtomobil sürərək, havanın təmizlənməsinə öz tövhəni necə verə bilərsən?

Hyundai avtomobil şirkətinin Nexo adlı yanacaq elementləri ilə çalışan elektrikli modeli havanı nəinki çirkləndirmir, əksinə havanı daha təmiz edir.

Bu, hava filterləri sayəsində mümkün olub. Hidrogenli yanacaq elementi ilə çalışan avtomobillərə qoyulan bu texniki tələb ətraf mühit üçün bir hədiyyədir.

Silvi Çaylz, Hyundai-ın Nexo üzrə aparacı məhsul meneceri: “Avtomobilin çalışması üçün sənə oksigen və hidrogen lazımdır. Bu iki maddə reaksiyaya girərək, elektrik istehsal edir. Bizim avtomobillərimizdə oksigen yerləşdirilməyib. Bu maddəni avtomobilin hərəkət etdiyi yerlərdə olan havanın tərkibindən alırlıq. Ona görə də bu filterlərin təmiz saxlanılması çox önəmlidir ki, ən səmərəli sistemə malik ola bilək.”

Hyundai bildirir ki, Nexo ilə sürülən bir mil ərzində təmizlənən hava dizel avtomobili ilə iki mil ərzində çirklənən havaya bərabərdir.

Tətqiqatçılara əsasən hava keyfiyyəti bu texnologiyanın gətirdiyi üstünlüklərdən yalnız biridir.

Maykl Uitili, UCL-də yanacaq elementi mühəndisliyi kafedrasının rəhbəri: “Yanacaq elementləri sistemlərindəki filtrasiya sistemində həm havaya, həm də texnologiyaya zərərli hissələrdən azad olmaq üzrə yüksək səmərəlilik mövcuddur.”

Avtomobil istehsalçıları əsasən elektrik batareyalı nəqliyyat vasitələri hazırlayırlar. Həmin avtomobillər yüklənəndən sonra müəyyən zaman hərəkətli qala bilir.

Tədqiqatçılar deyir ki, yeniləbilən enerji sahəsindən hidrogenin tətbiq ediməsi diqqətin ayrılmalı olduğu əsas sahədir.

Maykl Uitili: “Birləşmiş Krallıqda yanacaq doldurma stansiyalarının çoxunun ərazilərində əslində hidrogen istehsal edir. Hal-hazırda ölkə üzrə hərəkət edən karbon daşıyan yük maşınları yoxdur. Sən hidrogeni lazım olan yerdə istehsal edə bilər və çatdıra bilərsən. Bu mərkəzsizləşdirilmiş bir sistemdir və müasir yanacağa yaxşı alternativdir.”

Nə qədər çox sürsən, atmosfer daha təmiz olur.

XS
SM
MD
LG