İnternetdə bol-bol yayılan manipulyasiya olunmuş şəkillərin həqiqiliyini necə sübut edə bilərik? Truepic şirkəti bu sualın cavabını tapmağa çalışır. Həmdə Adobe və Microsoftla əməkdaşlıq edərək.
İnternetdə olan fotoların bir çoxu süni intellektdən istifadə edilərək yaradılıb. Süni intellekt və foto redaktə proqramlarının sürətli inkişafı nəticəsində indi internetdə gördüyümüz fotonunun həqiqiliynə inana bilərikmi?
Truepic şirkətinin Tədqiqat və inkişaf üzrə vitse-prezident Şerif Hanna deyir ki, "İndi saxta olanı aşkarlamaq əvəzinə, həqiqi olanı sübut etməyə çalışırsız".
Truepic gələcəkdə fotoların orijinallığını müəyyənləşdirməyə kömək etmək üçün fotoşəkilləri unikal bir imza ilə təsdiqləyən proqram hazırlayır.
İndi onlar bu texnologiyanı smartfonlarda barmaq izini tanımaq üçün istifadə olunan təhlükəsizliyə cavabdeh mikropossesorlara yerləşdirmək üçün Qualcomm şirkəti ilə əməkdaşlıq edir.
Şerif Hanna bildirir ki,"Biz bir növ təsdiq üçün möhürün olduğu fotoşəkillər yaradırıq. Əgər kimsə bu fotoların üzərində işləyərsə, piksellər, tarixi və çəkilmə saatı, yerini dəyşiməyə cəhd edərsə, bu möhür qırılmış olacaq. Və beləliklə də biz fotonun çəkildiyi tarixdən sonra dəyişdirildiyini bilə bilərik".
Fotonun çəkildiyi yer və çəkildiyi vaxtından əlavə sistem obyektivin qarşısınadı səhnənin 3D görünüşlü xəritəsini də yaradır. Bu isə daha sonra hansısa izləyiciyə bütün bu məlumatlarla yanaşı, fotoşəkildə edilən hər hansı bir dəyişiklikləri görməyə imkan verir.
Hanna deyir ki, "Beləliklə, siz kameraya işıq düşən andan, ekranda sizin qarşınızda görünənə qədər baş verənləri tam şəffaflığı ilə görə biləcəksiniz."
Truepic gələcəkdə bütün brauzerlərdə fotoşəkillərin göstərilməsinə imkan verən açıq mənbə kodu ilə təminat proqramı yerləşdirilməsi ümidi ilə hazırda Microsoft və Adobe kimi nəhəng qurumlarla əməkdaşlıq edir.
Şerif Hanna fikrincə "İndidən növbəti 10 illiyə baxsaq, gələcəkdə hər hansı fotoşəkil və ya videonun həqiqiliyini sübut edən bir sənədin olacağını gözləyirik".
Beləliklə, gələcəkdə saxta fotoları aşkarlamaq daha da asanlaşacaq.