Accessibility links

Bu gün Ümumdünya QİÇS Günüdür


Dekabrın 1-i Ümumdünya QİÇS Gününün 30-cu ildönümüdür. Son 30 ildə bu sahədə böyük irəliləyişlər olsa da, insanlar hələ də QİÇS xəstəliyindən ölür və bu xəstəlik yayılmaqda davam edir.

Səbəb qorxu, qınaq və biganəlikdir. Dünya Səhiyə Təşkilatı elə bu səbəblərə görə QİÇS epidemiyasına hələ də son qoyulmadığını deyir. Bu xəstəliyin çarəsi olmasa da, alimlər QİÇS virusuna səbəb olan İİV-nin müalicəsini tapıb.

İİV-si olan xəstələr müalicə olunarsa QİÇS-dən ölməz. Həmin insanlar normal, sağlam həyat yaşaya bilər. Müalicə olunan şəxs virusu başqalarına yoluxdura bilməz. Profilaktik müalicə xəstəliyə yoluxmanın qarşısını alır.

Dünya boyu hər il bir milyona yaxın insan hələ də QİÇS-dən ölür. Buna səbəb onların İİV-yə yoluxduqlarından xəbərdar olmamaları və vaxtında müalicə olunmamalarıdır. Ən böyük problem isə odur ki, QİÇS ən çox imknalara əlçatımlılığı az olan insanlara təsir göstərir.

“Dünyada elə insanlar var ki, onların sosial xidmətlərə çıxışı azdır və onlar xüsusilə də narkotik maddələrdən istifadə edən və seks yolu ilə dolanmağa məcbur insanlardır”, Steffani Stratdi deyir.

Bundan əlavə, bu xəstəliyə ən çox başqa kişilərlə cinsi əlaqədə olan kişilər, transgenderlər, həbsxanalardakı insanslar və onlarla cinsi əlaqədə olan insanlar yoluxur. Kaliforniyanın San Dieqo universitetinin professoru Steffani Stratdi deyir ki, yoluxma riskinin yüksək olduğu insanların əsas narahatlıq mənbəyi ərzaq, iş və sığınacaq tampaqdır.

Alimlər deyirlər ki, xəstəlik barədə maarifləndirmə və daha çox insanı müalicəyə cəlb etmək QİÇS-lə bağlı stiqmanı azaltmağa yardım edər. Peyvənd tapıldıqda isə dünyada QİÇS-ın qarşısı alınmış olar.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG