Accessibility links

Bu gün ABŞ-Azərbaycan yoldaşlıq oyunu keçiriləcək


Braziliyada keçiriləcək Dünya Çempionatında "Ölüm qrupu"nda yer alan ABŞ milli komandası bu gün yoldaşlıq oyununda Azərbaycan yığması ilə qarşılaşacaq. Kaliforniya ştatının San Fransisko şəhərindəki Kendlstik Park stadionunda keçiriləcək oyun yerli vaxtla saat 19:00-da başlayacaq. Bu, Bakı vaxtı ilə mayın 28-i səhər saat 7:00-a təsadüf edir.

Bir həftəyə yaxındır San Fransiskoda olan Azərbaycan milli komandası artıq bir neçə məşq keçirib. ABŞ mətbuatı yazır ki, komandanın baş məşqçisi Berti Foqts bu oyundan sonra Amerika yığmasının baş məşqçisi Yurgen Klinsmanın xüsusi məsləhətçisi kimi fəaliyyətə başlayacaq.

Read more here: http://www.newsobserver.com/2014/05/26/3890046/berti-vogts-coaches-azerbaijan.html#storylink=cpy

Milli Futbol Liqası təmsilçisi “San-Fransisko 49” klubunun stadionu olan Kendlstik Park 69732 tamaşaçı tutumuna malikdir. Stadionda futbolla yanaşı, beysbol və Amerikan futbolu üzrə oyunlar da keçirilir.

Hazırda FIFA-nın reytinq cədvəlində 13-cü pillədə olan ABŞ milli komandası Braziliyada keçiriləcək dünya çempionatında Almaniya, Portuqaliya və Qana yığmaları ilə birgə G qrupunda mübarizə aparacaq. Dünya Çempionatına yollanmamışdan öncə son 3 yoldaşlıq oyununda ABŞ Azərbaycanla yanaşı, Türkiyə və Nigeriya yığmaları ilə qarşılaşacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG