Accessibility links

Bu gün ABŞ-da 970 milyonluq cekpot oynanılacaq


ABŞ-da bir anda multi-milyoner olmaq arzusunda olan insanlar dükanlara üz tutur və cümə günü keçiriləcək Mega Millions lotereyasında iştirak etmək üçün lotereya biletləri alır. Budəfəki cekpot rekord miqdardadır. Qalib 970 milyon dollar qazanacaq.

Ehtimal edilir ki, bütün biletlər satılıb qurtarana qədər, Mega Millions lotereyasının cekpotu bir milyard dolları keçəcək.

“Cekpotu qazansam, indi yaşadığım yerə "salamat qalın, mən getdim" deyəcəm. Bəli, mən yalnız bunu deyəcəm.” - deyə zəngin olmaq arzusunda olan lotereya alıcılarından biri bildirib.

Digər bir lotereya bileti alıcısı: “Yəqin ki, bu pulun bir hissəsini götürüb, okeanın o tayına, Avropaya səyahət edəcəm.”

Növbəti gün isə digər bir lotereya oyunu, Powerball-da 430 milyon dollar cekpot oynanılacaq.

Hər iki oyunun qalibi olmaq ehtimalı 302 milyonda 1-dir. Bir çoxları bu ehtimalın öz xeyirlərinə reallaşmasının mümkünsüz olduğunu etiraf etsələr də, həyəcan hissini yaşamaq üçün 2 dollar ödəməyə hazır olduqlarını bildirir.

XS
SM
MD
LG