Accessibility links

ABŞ hökumətinin bağlanmasından 10 gün keçir


Bu gün ABŞ hökumətinin bağlanmasından 10 gün keçir. Bu fəaliyyətsizliyə nə zaman son qoyulacağına dair heç bir işarə yoxdur. Prezident Donald Trampla qanunvericilər arasında müzakirələr dalana dirənib.

Hökümət prezident Donald Trampın ABŞ-Meksika sərhədində divar inşa etmək üçün $5 milyard tələb etməsi və Demokrat Partiyasının liderlərinin bunun əvəzində digər sərhəd təhlükəsizliyi xərclərinə $1,3 dollar ayrılmasını təklif etməsindən sonra bağlanıb.

Tramp deyib ki, demokratlar şəhəri tərk edib və onları amerikalıların təhlükəsizliyi narahat etmir.

Donald Tramp şənbə günü Twitter-də bildirib ki, demokrat qanunvericilər onun ABŞ-Meksika sərhədində təklif etdiyi divarın maliyyələşdirilməsi ilə bağlı razılığın əldə olunmaması səbəbilə hökümətin qismən bağlanmasına son qoymaq üçün təşəbbüs göstərməlidir.

“Mən Ağ Evdə demokratların gəlib, Sərhəd Təhlükəsizliyi ilə bağlı razılıq əldə etmələrini gözləyirəm. Eşitdiyimə görə, onlar prezidentə sataşmağa o qədər vaxt sərf edirlər ki, ordumuz və cinayətlərin qarşısının alınması kimi məsələlərə vaxtları qalmır!”- deyə, o yazıb.

Cümə günü Tramp Konqres divarın inşası üçün lazım olan pulu təsdiq etmədiyini təqdirdə bir daha ABŞ-Meksika sərhədini bağlamaq və Honduras, Qvatemala və El Salvadora yardımı kəsməklə hədələyib.
Bundan əlavə daha öncəki tvitlərində Tramp ölkədəki "gülünc immiqrasiya qanunlarını" dəyişməyə çağırıb.

ABŞ-ın ticarət məsələləri üzrə nümayəndəsinin ofisinin bildiridiyinə görə, ABŞ-Meksika sərhədinin bağlanması hər gün iki ölkə arasında 1.68 milyard dollarlıq ticarətin dayandırılması deməkdir.

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG