Accessibility links

Bu gün İrandan gələn iki vətəndaşda koronavirus aşkarlanıb


İrandan qayıdan Azərbaycanın 1960 və 1984-cü il təvəllüdlü iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına görə, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Hazırda pasiyentlərin səhhəti normaldır, vəziyyətləri stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Azərbaycanda ümumilikdə 11 şəxsdə koronavirus aşkarlanıb. Onlardan üç nəfəri sağalaıb və bu gün evə buraxılıb. Bu gün yenidən iki nəfərdə koronavirus aşkarlanıb və beləliklə hazırda ölkədə 10 nəfər koronavirusa yoluxmuş şəxs müalicə alır.

Koronavirusa yoluxanların hamısı İrandan gələnlədir. Hazırda bir neçə yüz nəfər isə karantindədir.

Şərhlərə bax

XS
SM
MD
LG