Accessibility links

Bu gün Müqəddəs Patrik günü qeyd edilir


Bu gün irlandiyalıların Müqəddəs Patrik günü qeyd edilir. Dublində yüz minlərlə insan illik festivala qatılıb. Dünyanın bir sıra ölkəsində bu münasibətlə paradlar və tədbirlər keçirilir.

Avstraliyada irlandiyalı rəqqasların iştirakı ilə təşkil edilən parada çoxsaylı insan toplaşıb.

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp bu gün səhər İoann kilsəsində keçirilən səhər messasında iştirak edib.

Trampları kilsənin müvəqqəti rəhbəri Brus Makferson qarşılayıb.

Nyu-York şəhərində də Müqəddəs Patrik günü nəhəng paradla qeyd edilib.

ABŞ-da 34 milyon irlandiya əsilli insan yaşayır. Onların əcdadları ABŞ-a 1840-cı illərdə açlıq səbəbi ilə üz tutub.

İrlandiyada xristinalığın qəbul edilməsində böyük rol oyanayn Patrikin 461-ci ilin mart ayının 17-də vəfat etdiyinə inanılır.

Müqəddəs Patrikin xatirəsinə Misir və Braziliyada yaşıl işıqlar yandırılıb.

XS
SM
MD
LG