Bu gün İsraildə parlament seçkiləri keçirilir. On illərdir hakimiyyətdə olan baş nazir Benyamin Netanyahu sabiq ordu komandanı Benni Qantzla yarışır.
Səsvermədən öncə keçirilən rəy sorğuları Netanyahunun Likud Partiyası və Qantzın Mavi və Ağ siyasi alyansı 120 yerlik Knessetdə bərabər yer ala biləcəyini göstərib.
Bu, baş verdiyi təqdirdə, 69 yaşlı Netanyahu kiçik sağ cinah partiyaları ilə koalisya yaradaraq, 5-ci dəfə hakimiyyətə gələ bilər.
Beləliklə, Netanyahu İsrailin təsisçi atası David Ben-Qurionu ötərək, ölkənin ən uzunmüddətli hökumət başçısı ola bilər.
Hazırda baş nazir kriminal təhqiqat altındadır. İsrailin baş prokuroru ona qarşı rüşvət, fırıldaqçılıq və vəzifəsindən sui-istifadə ittihamları irəli sürə bilər.