Accessibility links

Azərbaycanda 40 yaşdan yuxarı şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılır


vaksin
vaksin

Martın 22-dən Azərbaycanda 40 yaşdan yuxarı şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılır.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 19-keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Həmin şəxslər peyvənd vurdurmaq üçün https://randevu.its.gov.az/saytından qeydiyyat keçməlidirlər.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Hazırda 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılır.

Bununla bağlı Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, aprel və may aylarında da həftəsonu günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması davam edəcək.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG