Accessibility links

II Nüvə Təhlükəsizliyi Sammiti öz işinə başlayıb


Bu gün 53 ölkənin liderləri Cənubi Koreyanın Seul şəhərində iki günlük zirvə görüşündə iştirak etmək üçün toplaşıblar. Görüşdə nüvə materiallarının terrorçuların əlinə keçməməsi barədə müzakirələr aparılacaq. Bu, ABŞ prezidenti Barak Obamanın da başlıca məqsədlərdən biridir. Cənab Obama prezidentlik müddətinin əvvəlində bütün nüvə materiallarına nəzarət üçün qlobal səylərə rəhbərlik edəcəyini bəyan etmişdi. O, ilk dəfə iki il əvvəl Vaşınqtonda keçirilən Nüvə Təhlükəsizliyi sammiyində məsələnin gündəmə gətirilməsinə çalışmışdı. Dünən cənab Obama elan edib ki, Ukrayna 2010-cu ildə zirvə görüşündə götürdüyü öhdəliyə əməl edərək zənginləşdirilmiş uranı öz ərazisindən təmizləyib. Bir zamanlar Sovet İttifaqının nüvə cəbbəxanasına ev sahibliyi edən Qazaxıstan ötən iki il ərzində 13 tondan çox zənginləşdirilmiş uranı və plutoniumu zərərsizləşdirib.

XS
SM
MD
LG