Accessibility links

Bu gün Feysəl Şahzadla bağlı hökm çıxarılıb


Bu gün Feysəl Şahzadla bağlı hökm çıxarılıb
Bu gün Feysəl Şahzadla bağlı hökm çıxarılıb

Nyu-York şəhərinin Times meydanında partlayıcı qurğunu işə salmağa cəhd göstərdiyini etiraf edən ABŞ vətəndaşı pakistanlı Feysəl Şahzadla bağlı hökm çıxarılıb

Nyu-York şəhərinin Times meydanında partlayıcı qurğunu işə salmağa cəhd göstərdiyini etiraf edən ABŞ vətəndaşı, pakistanlı Feysəl Şahzadla bağlı hökm çıxarılıb. İyun ayında silah saxlamaq və terrorizmlə bağlı 10 ittiham irəli sürülən 30 yaşlı Şahzad ömürlük həbs cəzasına məhkum edilib. Prokurorlar onun Times meydanında partlatmağa cəhd etdiyi bombanın ciddi dağıntılara səbəb ola biləcəyini deyirlər. May ayının 1-i bomba hücumu baş tutsaydı, Feysəl Şahzad gələn bir neçə həftə ərzində yeni hücumlar həyata keçirəcəkdi. O, məhkəmədə “müsəlman əsgər ” kimi Amerikanın pilotsuz təyyarələrinin Pakistan hücumlarına cavab olaraq hücumlar planlaşdırdığını etiraf edib.

XS
SM
MD
LG