Accessibility links

Bu gün Katrina qasırğasının 5-ci ildönümüdür


Bu gün Katrina qasırğasının 5-ci ildönümüdür
Bu gün Katrina qasırğasının 5-ci ildönümüdür

2005-ci ilin avqust ayının 29-da Katrinanın yaratdığı daşqınlar 1800 adamın ölümünə,1 milyon insanın evsiz qalmasına səbəb olmuşdu. Bu şəhərin 80 faizi daşqınlar səbəbi ilə tamamilə sıradan çıxmışdı. Yenidənqurma işləri aparılsa da, bəzi bölgələrdə həyat işarəsi hələ də görünmür.

Bu gün Katrina qasırğasının 5-ci ildönümü ABŞ prezidenti Barak Obama fəlakətə məruz qalan Luiziana ştatının Yeni Orleans şəhərinə səfər edib. Prezident su altında qalan Havier Universitetində fəlakətdən sonra görülən işlər və yeni inkişafları müzakirə edib. 2005-ci ilin avqust ayının 29-da Katrinanın yaratdığı daşqınlar 1800 adamın ölümünə,1 milyon insanın evsiz qalmasına səbəb olmuşdu. Bu şəhərin 80 faizi daşqınlar səbəbi ilə tamamilə sıradan çıxmışdı. Yenidənqurma işləri aparılsa da, bəzi bölgələrdə həyat işarəsi hələ də görünmür. İnsanların əksəriyyəti evinə qayıtmayıb. 50000 ev sakinsizdir. Bu həftə boyu Yeni Orleansda fəlakətin qurbanlarının anım mərasimləri keçirilib.

XS
SM
MD
LG