Accessibility links

Moskvada minlərlə adam Putinin hakimiyyətə qayıdışına etiraz edir


Rusiya rəsmilərinin bir neçə aksiya liderini sorğu-sual etmək üçün bölməyə çağırdıqlarına baxmayaraq, on minlərlə adam Moskvada Vladimir Putinin Rusiya prezidenti vəzifəsinə qayıdışının əleyhinə keçirilən nümayişlərə qatılıb.

Bu günkü etiraz aksiyası cənab Putin may ayının 7-də prezident vəzifəsinə gəldikdən bəri müxalifət tərəfindən keçirilən ilk aksiyadır. Hadisə yerindən Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə on minlərlə insan Moskva bulvarı ilə Saxarov prospektinə doğru yürüyüblər.

Nümayişin lideri Sergey Udaltsov aksiyanın iştirakçılarının sayının 100,000 olacağını nəzərdə tutsa da, polis yerli vaxtla günorta saat 2 radələrində 18,000 insanın yürüşdə iştirak etdiyini deyib. Amerikanın Səsinin müxbiri aksiyanın dinc keçdiyini və millətçilərdən tutmuş kommunistlərədək müxtəlif qrupların aksiyada iştirak etdiyini deyib.

XS
SM
MD
LG