Accessibility links

Bu gün Suriyanın bir sıra şəhərlərində nümayişlər keçirilib


Bu gün Suriyanın bir sıra şəhərlərində nümayişlər keçirilib
Bu gün Suriyanın bir sıra şəhərlərində nümayişlər keçirilib

Suriyada hökumət qüvvələrinin nümayişçiləri atəşə tutması nəticəsində 30 adam həlak olub. Şahidlərə istinadən bildirilir ki, 11 adam Homs şəhərində, digərləri isə Maaret Əl-Numan şəhəri, Sanameyn kəndi və Darayada həlak olub. Banias şəhərində nümayişçilərə havaya atəş açılaraq xəbərdarlıq verilib. Nümayişlər bu gün Suriyanın bir sıra şəhərlərində keçirilib. Fransa xəbər agentliyi namayişçilərin bəzilərinin zeytun budağı qaldıraraq, azadlıq şüarları səslədiyini bildirir. Suriyanın insan hüquqları müdafiəçiləri mart ayının ortaların baş qaldıran etiraz aksiyaları nəticəsində 850 adamın öldürülüdüyünü, 7 mindən çox insanın həbs edildiyini deyir.

XS
SM
MD
LG