Accessibility links

İtaliyada güclü zəlzələ olub


Bu ayın əvvəlində İtaliyanın şimal bölgəsində ölümlə nəticələnən zəlzələdən sonra bu gün yenə eyni bölgədə baş verən güclü zəlzələ 16 nəfərin həyatına son qoyub. Rəsmilər episentri Emilia-Romana bölgəsində, Modena və Ferrara şəhərləri arasında 5.8 bal gücündəki zəlzələ zamanı 350 nəfərin də yaralandığını bildirmişlər. Yeraltı təkanların İtaliyanın böyük şəhərlərindən biri Milan da daxil edilməklə, ölkənin mərkəzi və şimalında hiss edildiyi bildirilir.

Xilasedici dəstələr hazırda binaların, fabrik və kilsələrin dağıntıları altında qalmış insanları çıxarmağa çalışırlar.


XS
SM
MD
LG