Accessibility links

Azərbaycana 20 ton qızılı kim və niyə gətirib?


Bu ilin üçüncü rübündə Azərbaycana 19 ton 567,27 kiloqram qızıl gətirilib.

Bu barədə Turan agentliyi məlumat yayıb.

Agetlik bildirir ki, yükün kimə gəldiyi məlum deyil.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, iyul-sentyabr aylarında Azərbaycanın gömrük sərhədlərini ABŞ-dan (987.04 kq), Cənubi Afrika Respublikasından (13055.25 kq), İsveçrədən (2968.95 kq) və Kanadadan (2554.02 kq) gələn işlənməmiş qızıl keçib. Bu ilin ilk yarısında Türkiyədən də (995,45 kq) qızıl alınıb.

Bu ilin doqquz ayı ərzində Azərbaycan tərəfindən alınmış qızılın həcmi 20 ton 562,72 kq təşkil edib. Qızılın ümumi dəyərinin $459,6 milyon dollar olduğu təxmin edilir. Bu, ilin əvvəlindən ölkənin idxalının ($7,9 milyard dollar) 5,8%-ni təşkil edir.

Bu il noyabrın 2-də Maliyyə Nazirliyi bildirib ki, Mərkəzi Banka saxlanmağa 400,2 kq qızıl verib. Bu qızıl Amerika şirkətinin işlətdiyi "Gədəbəy" qızıl mədənində (Azərbaycanın qərb bölgəsi) Azərbaycan hökumətinin payıdır. Qızılın bu partiyasının ölkəyə nə vaxt daxil olduğu barədə məlumat verilmir.

Bu il Azərbaycan xaricdə ümumi məbləği 9,3 milyon dollardan çox olan 2256,29 kq zərgərlik məmulatı alıb.

XS
SM
MD
LG