Çində ölümcül yeni virusun detalları ortaya çıxarkən, yerli jurnalistlər bu barədə məlumat vermək üçün sosial mediaya axışdı. Rəsmi Pekin isə buna cavab olaraq onları həbs etdi.
Jurnalistlərin Müdafiəsi Komitəsinin məlumatları göstərir ki, bənzər basqılar nəticəsində 2020-ci ildə dünya miqyasında rekord dərəcədə -274 jurnalistin həbs olunub.
Jurnalistlərin Müdafiəsi Komitəsi Kourtney Radş bildirir ki, "274 kimi rekord sayda jurnalistin həbs olunması iki səbəbə görə pis göstəricidir. Bunlardan birincisi qlobal pandemiyaya reakisyadır ki, müstəqil xəbər verdiklərinə görə jurnalistlərdən intiqam alınması məqsədi ilə saxta ittihanmlarla həbs olunub və ya saxta xəbər verməkdə ittihamı ilə qarşılaşıblar. Digəri isə etirazlar zamanı jurnalistlərin həbs olunmasıdır".
Pandemiya həbslər üçün təcili ədalət çağrışını aktuallaşdırır. Ən azı iki jurnalist Qırğızıstanda həbsdə COVID-19 səbəbi ilə həyatını itirib. Və üçüncü jurnalist Azimcan Askarovun da ailəsi onun virusdan dünyasını dəyişdiyinə inanır.
Kourtney Radş deyir ki, “COVID-19 kimi qlobal bir pandemiya zamanında jurnalistlərin həbs cəzası jurnalistika üçün ölüm hökmünə bərabər bir şeydir. Çünki həbsdə sosial məsafə qorumaq mümkün deyil. Onların fərdi qoryucu vasitələrdən istifadə etmək imkanı da yoxdur. Və əllbəttə ki, həbsxanalar infeksiyanın yayılması üçün münbit bir şəraitdir".
Komitə dekabrın 1-də həbsdə olan jurnalistlərin sayına əsasən məlumatları yayımlayıb. Lakin bu il həbs olunanların sayı sərbəst buraxılanların sayından çoxdur. Təkcə ABŞ-da irqçilik əlehinə və ya prezident seçkiləri ilə əlaqədar etirazları işıqlandırarkən 117-dən çox jurnalist qısa müddətdə həbs olundu. Bəzilərinə qarşı hüquqi ittihamlar hələ də ləğv olunmayıb.
ABŞ Mətbuat Azadlığının İzləyicisi təşkilatıdan Kristian MakKadden isə bildiri ki, "digər hadisələrlə müqayisədə etirazlar hər zaman jurnalistlər üçün inanılmaz dərəcədə təhlükəli bir yerdir. Bu Corc Floyd Mayın 25-də Miniapolis şəhərində öldürüləndə başladı. Və elə mayın 29-da ilk jurnalist həbs olunmuşdu. 2020-ci ilin payızına qədər isə 117 jurnalist həbs olundu və ya nəzarətə götürüldü".
Belarus etirazları həbslərin sayının artmasına səbəb oldu. Prezident Aleksandr Lukaşenkonun yenidən seçilməsini iddia etməsindən sonrakı etirazlarda 10 jurnalist həbs olundu.
Bu yaxınlarda mətbuat azadlığı məsələsində daha perspektivli əlamətlərin olduğunu göstərən Efiopiyada isə bir neçə nəfər Tiqray bölgəsindəki iğtişaşların işıqlandırılması səbəbi ilə nəzarətə götürüldü.
Kourtney Radşin fikrincə "Doğurdan da Efiopiya jurnalistləri işlərinə görə onlardan qisas alan Çin, Türkiyə, Misir, Səudiyyə Ərəbistanın kimi ölkərlə bir siyahıya qoşulmaq istəyir? Əllbətdə ümid edirəm ki, bu belə deyil".
Amma hələ ki, müstəqil xəbərlərə çıxışın hər zamankından daha vacib olduğu bir ildə reportajlarına görə həbs olunan jurnalistlərin sayında rekord bir artım tendensiyası müşahidə edilir.