Accessibility links

Builki Oskar mərasiminin mövzusu müxtəliflik idi


Bu ilki Oskar mərasiminin mövzusu müxtəliflik idi
please wait

No media source currently available

0:00 0:03:52 0:00

Seqreqasiya dönəmində eklektik afro-amerikalı musiqiçi ilə onun qeyri-sivil ağdərili sürücüsü arasındakı dostluq barədə olan təsirli dram janrında Green Book(Yaşıl Kitab) filmi ən yaxşı film kateqoriyası da daxil olmaqla, üç Oskar mükafatına layiq görüldü. Bu qaliiyyət bu dəfə Oskar mərasimində təbliğ olunan müxtəliflik mövzusuna uyğun gəldi.

Green Book filmində Don Şörli obrazını canlandıran Maherşala Əli ən yaxşı ikinci plan aktyor kateqoriyasında Oskara layiq görüldü. Film həmçinin ən yaxşı orijinal ssenariyə görə də Oskar aldı. Viqqo Mortensen və Green Book-un rejissoru Piter Farrelli Amerikanın Səsinə film barədə danışıb.

Maherşala Əli
Maherşala Əli

“O filmi o qədər yaxşı çəkib ki, çox asan görsənir, amma mən minlərlə ssenari oxumuşam, üçünü də özüm yazmışam və Green Book-da dramatik gərginlik, təbii yumor, parlaq və ağıllı möhtəşəm dialoqlar, eləcə də ritmi və sabit axını, ən əsası isə arxasında tarixi dərs yatan hekayə arasında doğru balansı tapmağın nə qədər çətin olduğunu bilirəm”- deyə, Green Book-un aktyoru Viqqo Mortensen bildirib.

Green Book-un qələbəsi əsas mövzusu müxtəliflik olanbu ilki mərasimin rəmzinə çevrildi.

Alfonso Kuaronun Roma filmi ən yaxşı kinematoqrafiya, ən yaxşı xarici dildə çəkilmiş film və ən yaxşı rejissor kateqoriyalarından üç Oskara layiq görüldü. Meksikalı ev xadiməsinin perspektivindən çəkilən hekayə dünya boyu ev xadiməliyi ilə məşğul olan qadın işçilərə həsr olunub. Mükafatı qəbul edən Kuaron Roma-nın “ürəyi olduqlarına” görə iki qadın ulduz, Marina de Tavira və Yalitza Aparisioya minnətdarlığını bildirdi.

Roma Netflix tərəfindən hazırlanmasa və dünya boyu milyonlarla evdə izlənməsə bu qədər məşhurlaşmaya bilərdi. Corc Meyson Universitetinin media üzrə eksperti Riçard Kreq deyir ki, onlayn video platformaları müxtəlif filmləri bütün dünyaya təqdim edir.

Hanna Biçler
Hanna Biçler

“Məqsəd adətən rəqabət aparmaq imkanları olmayan səslərə qapılar açmaq, onları imkanlarla təmin etmək və yüksək səviyyədə qiymətləndirməkdir”, o söyləyib.

Olivia Kolman Yorgos Lanthimos tərəfindən çəkilmiş avropalı The Favourite filmində Kraliça Anna rolunu ifa etdiyinə görə ən yaxşı aktrisa kateqoriyasında Oskara layiq görüldü. Film üç qadının perspektivindən anlatılan siyasi dövr dramıdır.

Rayan Kuqlerin Black Panther (Qara Pantera) filmi də ən yaxşı musiqi və kostyum kateqoriyasında iki mükafat daxil olmaqla ümumilikdə üç Oskara layiq görüldü. Hanna Biçler və Rus E. Karter ən yaxşı kostyumun hazırlanması və ən yaxşı kostyumun dizaynı kateqoriyaları üzrə Oskar alan ilk afro-amerikalı qadınlardır. Rus Karter Amerikanın Səsinə deyib ki, o, geyimləri Afrikadakı yerli tayfalardan ilhamlanaraq dizayn edib və bu geyimlər filmdəki qadınları gücləndirib.

Oskar mükafatı
Oskar mükafatı

Regina Kinq Ben Cenkinsin afro-amerikalı dram janrındaçəkdiyiIf Beale Street Could Talk(Beale Küçəsi Danışa Bilsəydi) filmində Şaron Rivers obrazına görə ən yaxşı ikinci plan qadın roluna görə Oskara layiq görüldü.

Spayk Linin Amerikada irqlər arasında münasibətləri barədə Blackkklansman filmi də ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə Oskar aldı.

Bohemian Rhapsody filmində cinsiyyəti və immiqrant kimliyi ilə mübarizə aparan Queen qrupunun solisti Freddi Merkyurini canlandıram Rami Malek ən yaxşı kişi roluna görə Oskara layiq görüldü.

Və nəhayət Spider-Man into the Spider Verseanimasiya filmi Oskar alan ilk qaradərili Spiderman (Hörümçək-Adam) filmi oldu.

XS
SM
MD
LG