Accessibility links

Xarici film kateqoriyasında Oskara namizəd filmlər


Bu ilki xarici film kateqoriyasında Oskara namizəd filmlər
please wait

No media source currently available

0:00 0:03:44 0:00

"Heç vaxt gözünü çəkmə" adlı epik drama filmi Şərqi Almaniyadan olan Kurt adlı gənc bir sənətçinin həyatından bəhs edir. Kurt Nazi rejiminin ailə üzvlərini öldürülməsi, ölkəsini məhv etməsi və kommunizm idarəsi altında yaşanan siyasi təzyiq dövründə öz sənəti vasitəsilə həyatın mənasını tapmağa çalışır.

Oskar mükafatlı rejissor Floriyan Henkel von Donnersmark sözlərinə görə, diktatorların etdiyi ilk iş incəsənəti nəzarət altına almaq istəyi olur.

"Çünki, sənət düşüncəni, ürəkləri bütünlüklə dəyişdirə bilər. Ancaq diktatorlar sənətə qarışırsa bu artıq sənət olmaqdan çıxır" - deyə, o bildirib.

Şəxsi təcrübələrindən və ailəsinin tarixindən təsirlənən rejissor qərbə sürgün edilən əsas xarakterinin kapitalist cəmiyyətdə yaşadığı çətinlikləri əks etdirməyə çalışıb.

"Ani azadlıq çox qorxuludur. Düşünürsən ki, əvvəllər ən azından müəyyən bir həmrəylik və ya sənə baxmağa məcbur olan biri var idi. Ancaq mən hər zaman xaos və azadlığı köləlikdə ölməkdən daha üstün tuturam." - deyə, Donnersmark əlavə edib.

Pavel Pavlikoskinin Oskara namizəd "Soyuq müharibə" filmi totalitarizmin insan ruhunu necə məhbusa çevirdiyi mesajını əks etdirir. Kommunist Polşasında yaşayan filmin baş qəhrəmanları musiqiçi Zula və Viktor rejim tərəfindən təzyiqlərə məruz qalır. Onlar 1960-cı illərdə Qərbi Avropaya qaçırlar. "Soyuq müharibə" filmi Şərqi Avropadan qərbə sürgün olunmuşların yaşadığı təcridolunma və şəxsiyyət böhranını göstərir.

Tənqidçilər Roma filmini Ən Yaxşı Film də daxil olmaqla 10 Oskar nominasiyasında lider hesab edirlər. Alfonso Kuaronun 1970-ci illərdə Mexiko şəhərindəki gündəlik həyatın nostaljik təsviri olan Roma filmin hekayəsi onun özünün yaşadığı orta sinif həyat və irqi, sinfi ayrıseçkiliklə bağlı yaşadığı xatirələrindən ilhamlanıb.

Kuaron hekayəni mümkün qədər həqiqi etmək üçün əvvəllər heç bir zaman aktyorluq etməmiş insanları seçib. Filmin əsas qəhrəmanı Kleo obrazını canlandıran Yalitza Aparisio ən yaxşı aktrisa kimi Oskar nominasiyasına layiq görülüb. Amerikanın Səsinə mühasibəsində Aparisio, Meksikanın yerli xadimələrinin həyatını işıqlandırdığı üçün Kuarona təşəkkür edib.

Bu kateqoriyanın Oskara digər namizədləri isə "Keyprnaum" və "Mağaza oğruları" filmləridir. Nadine Labakinin " Keyprnaum" filminin baş qəhrəmanı onu bu cür müharibə dolu xaoslu bir dünyaya gətirdikləri üçün ailəsini məhkəməyə verir. "Mağaza oğruları" filminin rejissoru Hirokazu Koreeda isə cəmiyyətin diblərində yaşayan bir ailənin vasitəsilə ifrat yapon yoxsulluğunun ürəkağrıdan hekayəsini anlatmağa çalışıb.

Hansı filmin mükafat almasından asılı olmayaraq bütün filmlərdə sevgi, azadlıq və fərdi dürüstlüyü cəmiyyətdəki siyasi ambisiyalar və sosial ədalətsizliyin bir məlhəmi kimi göstərilir.

XS
SM
MD
LG