Accessibility links

Riqada `Putinin şahidləri` filminin premyerası olub


Riqa şəhərində Vitali Manskinin “Putinin şahidləri” adlı sənədli filminin premyerası anşlaqla keçib. Film 1999-cu və 2000-ci illərdə, hazırki prezidentin hakimiyyətə gəldiyi dövrdə baş verən hadisələr barədədir.

Filmdə istifadə olunan kadrlar rejissor Vitali Manski tərəfindən 18 il öncə çəkilib. Bu kadrlarda Boris Yeltsin ailəsi ilə birlikdə seçkinin nəticələrinə sevinir: Vladimir Putin yenicə Rusiya Federasiyasının prezidenti seçilib.

Manski deyir ki, bu film “bizim hamımıza”, təkcə “Putinin hakimiyyəti ələ keçirilməsinin şahidlərinə deyil, həm də bu prosesə yardımçı olanlara” ünvanlanıb.

Bu film “bizim hamımıza”, təkcə “Putinin hakimiyyəti ələ keçirilməsinin şahidlərinə deyil, həm də bu prosesə yardımçı olanlara” ünvanlanıb.

"Putinə bundan əvvəl və indi Avropa ölkələri, Amerika və bütün dünya daxil səsverənlər etdikləri seçimə görə məsuliyyətlərini başa düşməlidirlər. Dəmir pərdənin ucaldımasına görə, ölkənin yoxsullaşmasına, Ukrayna da daxil olmaqla, müharibələrdə öldürülən minlərlə insana görə məsuliyyəti anlamalıdırlar,” o deyir.

Filmdə Putinin seçkiöncəsi heyətini, ona seçkidə qalib gəlməyə kömək edən adamları görmək olar. Onların bir çoxu sonradan müxalifətə keçib. Çəkiliş zamanı rejissorun Vladimir Putinə şaquli hakimiyyət bölgüsü, hakimiyyətin dəyişməsi, azadlıq, kompromis və keçmişə qayıdış barədə verdiyi suallar bugünkü gündə aktual görünür. Hal-hazırda bunların başqa ölkədə çəkildiyini düşünmək olar.

“2000-ci ilin yanvar-fevral aylarında dövlət televiziya kanalında departament rəhbəri olduğum zaman mən prezident səlahiyyətlərini icra edən haqda film yayımladım, nəinki prezident administrasiyası ilə razılaşdırılmadan, hətta kanalın rəhbrəliyi ilə də bu, hamı işə çıxandan sonra müzakirə olundu,“ Vitali Manski söyləyir.

Putin çox insanpərvər göstərilib, ancaq filmin konteksti çox qorxuludur.

Filmə baxanlar orada çoxlu emosional anların olduğunu vurğulayır. Bəziləri üçün “Putinin şahidləri” etiraf oldu – onlar belə Rusiyanı ya xatırlamırlar, ya da heç görməyiblər.

İzləyicilər filmin dərk edilməsinin lazım olduğunu söyləyirlər, "orada bir çox kədərli anlar var", "Putin çox insanpərvər göstərilib, ancaq filmin konteksti çox qorxuludur".

Premyerada iştrak edən hüquqşünas Pavel İvlev deyir ki, film mütləq şəkildə geniş auditoriya qarşısında göstərilməlidir. “Vitaliya dərin minnətdarlığımı bildirirəm ki, o bunu nə vaxtsa çəkib, Putin və Yeltsinə o zaman verdiyi suallara görə minnətdaram. Bunları görmək vacibdir. Bir də cəzarətinə görə ona xüsusi təşəkkür edirəm.”

Riqa şəhərində keçirilən premyeraya biletlərin hamısı satılmışdı. Bu, Latviyada nadir hallarda baş verir. Paytaxtdan sonra film ölkənin bütün kinoteatrlarında nümayiş etdirələcək. Filmin həmçinin bir neçə beynəlxalq kinofestivallarda da nümayişi gözlənilir.

XS
SM
MD
LG