UNESCO- nun Dünya Mədəniyyət İrsi siyahısına daxil və cazibədar mirasları ilə məşhur olan Parisin Sena çayının sahilləri turistləri cəlb edən yerdir. Hazırda kitab satıcıları BMT-nin Mədəniyyət Agentliyi tərəfindən tanınması məqsədilə şəhərin sahil bölgəsində kampaniya aparır. Bəziləri deyir ki, bu, yalnız sürünmədir. Kindl və onlayn kitab satıcıları, habelə suvenirlər onların gəlirlərini itirməsinə yol açıb. UNİSCO-nun təklifi isə bir çoxları üçün mübahisəli görünür.
Avqust ayında şəhərdə çox az parisli görmək olar. Lakin bir neçə şəhər sakini illərdir buradadır. İstər yay, istərsə qış, hava yağışlı və ya günəşli, fərqi yoxdur, bu kitab satıcıları – bukinistlər həmişə şəhərin bu məşhur yerində olur.
Sofi Lili kitab satıcıları ailəsindəndir. “Mənim üçün bu ən əvvəl müstəqillikdir. Mənim müdirim yoxdur və mən istədiyim vaxt işləyirəm. Mənim az olsa da, müştərilərim həmişə var. Çox sayda turist də gəlir.”
Bukinistlər əsarlər boyu olub. “Biz heç vaxt təzə kitab satmamışıq, Lakin çox köhnə kitablar da satmırıq. Biz yumoristik kitablar satırıq ki, parislilətr gülsün. Markalar, köhnə qəzetlər, yəni ondan bundan” deyə, Sofi Lili bildirir.
Lakin bukinistlər bu gün rəqabətlə üzləşir, əsasən də internetlə. Viktor Hüqo və Emil Zolya kimi yazıçıların qədim qravürləri və nəşrləri suvenirlər qarşısında zəminini itirir. Lili kimi bəzi bukinistlər bu sənətin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi üçün kampaniyaya başlayıb.
Paris meri Florens Bertu UNESCO təklifini dəstəkləyənlər arasındadır. Onun V dairəsi şəhərin Latın hissəsindədir. Orada Fransanın ən böyük yazıçılarından bəzilərinin dəfn edildiyi Pantion və dünyanın ən birinci universiteti Sarbon yerləşir. Florens Bertu: “Paris bu hissəsində özünün keçmişini saxlayıb – kitabları, yazısı, biliyini. Bukinistlər bunu Sena çayı ətrafında, xüsusilə də Sol Sahilindəki Latın hissəsində saxlamağa çalışır.”
UNESCO statusu əldə etmək üçün müraciət etməzdən əvvəl bukinistlər Fransanın mədəni irs siyahısına sahib olmalıdırlar. Bu ilk addım belə çox çətindir. Fransa Mədəniyyət Nazirliyindən İzabel Şev: “Namizədlər üçün 3-4 il, bəlkə də çox vaxt tələb olunur. Sənədləri hazırlamaq çox uzun zaman aparır.”
Parislilər kimi turistlərin çoxu da bukinistləri şəhərin mədəni lanşaftının bir hissəsi hesab edir.