Accessibility links

Bolqarıstan İstanbuldakı partlayışla əlaqədar beş nəfərə ittiham irəli sürüb


Bolqarıstan beş nəfəri ötən həftə sonu İstanbulun mərkəzində altı nəfərin ölümü, 82 nəfərin xəsarət alması ilə nəticələn bomba hücumunda şübhəli bilinən şəxslərdən birinə yardım etməkdə ittiham edib. Bu barədə prokurorlar məlumat veriblər.

Sofiya prokurorluğunun sözçüsü Siyka Mileva noyabrıb 19-da deyib ki, beş nəfərə şübhəliyə yardım etmək və qaçmaq üçün “logistika” dəstəyi vermək ittihamı irəli sürülüb.

Yerli televiziya kanalları bildirib ki, ittiham olunanlardan üçü Moldovadan, dördüncüsü isə bəlli olmayan ərəb ölkəsindəndir. Beşinçi şəxslə bağlı məlumat paylaşılmayıb.

Türkiyə noybarın 18-də noyabrın 13-də baş verən partlayışla əlaqədar 17 nəfəri həbs edib. Ankara partlayışa görə terrorçu qrup hesab etdiyi qadağan olunan Kürdüstan Fəhlə Partiyasını (PKK) günahlandırıb. Hücum qurbanları arasında 9 və 15 yaşlarında iki qız var.

XS
SM
MD
LG