Accessibility links

Bullit mərkəzi - "Yaşayan bina"


Bullit mərkəzi - "Yaşayan bina"
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Dünyanın ən yaşıl binası adlanan Bullit mərkəzi Vaşinqton ştatının Sietl şəhərində yerləşir. Bu bina elektrik və suyunu özü təmin edir. 2013-cü ildə Yer Kürəsi günündə açılan bu mərkəzə "yaşayan bina” ləqəbi verilib.

Böyük damlı və 6 mərtəbəli bina qeyri-adi görünüşə malikdir. Bu bina şəhərdəki kommesial binalardan fərqli olaraq, 82 faiz daha az enerji sərf edir. Bura həm də ən xoşagəlim iş yerlərindədir.

Bullit mərkəzi yalnız rahat ofis binası kimi inşa edilməyib. Burada məqsəd canlı laboratoriya yaratmaq olub. Yəni bu, dünyada ilk ətraf mühit innovasiyalarının təşviqi mahiyyəti daşıyır.

"Biz sübut etməyə çalışırıq ki, standart ofis binalarından fərqli olaraq, ciddi şəkildə ətraf mühitdən istifadəni azaldırıq" - deyə, Bullit Fondunun direktoru Denis Heys bildirib.

1970-ci ildə bəri ilk Yer Kürəsi gününün koordinatoru, ətraf mühit müdafiəçisi Denis Heys bu ideyanın arxasında durur.

"Binalar elektrikin dörddə üç hissəsi istehlak edir. Bu isə istixana qazlarının emissiyasının böyük hissəsini təşkil edir. Planeti yandırmaq istəmiriksə, binaların inşasında ciddi dəyişiklər etməliyik."

Ağıq taxta-şalban, beton və poladdan inşa edilən bu binanın enerji qaynağı 575 günəş panelidir. Kondisionerlər yerinə binada ventilyatorlardan istifadə edilir. Içəri və eşikdəki temperaturda fərq yarandıqda pəncərələr avtomotik şəkildə açılır. İsti su boruları isə istiliyi təmin edir. Buna Sietlin daimi yağışları da yardım edir.

"İçməyə su, qəhvə, tualet - hər şey dama axan yağış suyundan alınır."

Yavaş yuyulma kompost tualetlərin su deyil, köpükdən istifadə etməsi gənc mütəxxəsliləri heyran edə bilər. Ziyarətçiləri şüşə pilləkənlər də valeh edir.

"Super qənaətli binalar spesifik yerlər üçün dizayn edilməlidir. Bu bina Sietl üçün hazırlanıb. Bəlkə Moskvada bu, işləməz. Rio De janeyroda işləməz. Lakin Sietl üçün mükəmməldir" , Heys bildirib

Son illər minlərlə peşəkar dünyanın hər yerindən bu innovativ binanın ziyarətinə gəlir.

XS
SM
MD
LG