Accessibility links

Bulud Ələmdar: Millət Ruhanidən verdiyi vədlərə əməl etməsini tələb etdi


Bulud Ələmdarla müsahibə
please wait

No media source currently available

0:00 0:11:04 0:00

Bu günlər İran prezidenti Həsən Ruhaninin Qərbi Azərbaycan vilayətinə səfər zamanı Urmiyə sakinləri onu Azərbaycan türkcəsinin rəsmi dil elan edilməsi tələbi ilə qarşılayıb. Milli fəallar İranda etnik azlıqlara qarşı ayrı-seçkiliyə son qoyulması, ana dilində təhsil və Urmiyə gölünün qurumasının qarşısının alınması üçün tədbirlərin görülməsinə çağırıb. Güneyli fəal Bulud Ələmdar Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə prezident Həsən Ruhaninin səfəri və azərbaycanlıların tələblərindən danışıb.

Bulud Ələmdarın bildirdiyinə görə, Urmiyə sakinləri öz tələblərini qəti şəkildə bildirmək və mütəşəkkillik göstərməklə prezident Ruhaninin ana dilində təhsil və Urmiyə gölündə ekoloji fəlakətin qarşısının alınması üçün tədbirlər görülməsi haqda verdiyi vədləri xatırlatmaq istəyib. “İslahatçıların önündə gedən Həsən Ruhani seçkilər zamanı etnik azlıqların haqqını-hüququnu müdafiə edəcəyini, hətta qeyri-fars xalqların öz dillərində təhsil hüququnu tanıyacağını bildirməsinə rağmən bunların heç birinə əməl eləmədi.”

Bulud Ələmdar azərbaycanlıların dil və təhsil hüquqlarının təmin edilməsi məsələsində parlamentə seçilən azərbaycanlı millət vəkillərindən böyük gözləntiləri olmadığını deyib.

“İslahatçıların önündə gedən Həsən Ruhani seçkilər zamanı etnik azlıqların haqqını-hüququnu müdafiə edəcəyini, hətta qeyri-fars xalqların öz dillərində təhsil hüququnu tanıyacağını bildirməsinə rağmən bunların heç birinə əməl eləmədi.”

“Güney Azərbaycanında dövlət tərəfindən güney azərbaycanlıların özlərini təmsil edəcək və özlərinə nümayəndə seçiləcək güclərinə izn verilmir. Necə ki indiyə qədər heç bir qeyri-qanuni işlərə qarışmayan, müəllim olan, dövlət idarələrində çalışan Güney Azərbaycan nümayəndələrinin hətta namizəd olmasına izn vermədilər. Bu imkanı tapa bilmirlər. Güney azərbaycanlılar bu şəkildə öz nümayəndələrini qoya bilmədiyi üçün dövlətin təyin etdiyi və dövlətin yanında olan millət vəkili namizədlərinin bizə ən yaxın olanları dəstəkləmək məcburiyyətində qalır, amma bizim onlardan bizim milli haqlarımızı qoruyalar, bizim milli haqlarımızı gerşəkləşdirələr, bizim məktəblərdə ana dilimizdə oxumağımızı təşkil edələr kimi gözləntimiz yoxdur”-deyə o bildirib.

İran prezidenti Həsən Ruhani Urmiyədə
İran prezidenti Həsən Ruhani Urmiyədə

Bulud Ələmdarın sözlərinə görə, azərbaycanlıların fundamental haqları məsələsində parlamentdə təmsil olunmuş millət vəkilləri ilə fikirləri üst-üstə düşmür.”Onlar milli haqlar məsələsində, Güney Azərbaycan məsələsində, insan haqları, qadın haqları məsələsində bizdən ayrı düşünürlər. Bizimlə eyni düşüncədə deyillər.”

Bulud Ələmdar bu yaxınlarda 10 illiyi qeyd olunan 2006-cı il may hadisələrinin milli hərəkata təsirlərindən danışıb və milli fəalların dinc yolla hüquqlarının təmin olunması istiqamətində mübarizələrini davam etdirdiyini qeyd edib. “Güney Azərbaycan milli hərəkatı məsələləri düzgün qiymətləndirdi və bizim öz bölgəmizdə milləti səfərbər etmək, haqlarımızı, lazım olsa torpağımızı və millətimizi qorumağa hazır olduğumuzu, təşkilatlı olduğumuzu və gücümüzün olduğunu ortaya qoydu.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG