Accessibility links

Faylların buludlarda saxlanılması daha təhlükəsiz ola bilər [Video]


Faylların buludlarda saxlanılması daha təhlükəsiz ola bilər
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Rəqəmsal sənədlərin kommersiya məqsədilə yaddaş banklarında saxlayan bulud sistemi sənədlərin, fotoların, musiqi və videoların uzunmüddətli saxlanılması üçün ucuz və rahat yoldur. Özəl istifadəçilər buludlarda yerləşdirilmiş sənədlərə istənilən yerdən çıxış əldə edə bilərlər. Amma həmin istifadəçilərə parolların paylanılması problemli ola bilər. Dropbox, Google Drive, Amazon S3 kimi təminatçılar təhlükəsizliklərinin mütləq olduğunu iddia etsələr də, kompüter alimləri təhlükəsizlik seçimlərinin istifadəçilərə verilməli olduğunu bildirirlər.

Facebook-da hər kəsin görə biləcəyi ailə fotolarının paylaşılmasından fərqli olaraq, istifadəçilər fotoların parol ilə qorunduğu bulud xidmətlərini yükəyə bilərlər. Həmin fotolara çıxışı yalnız şifrəni bilən şəxslər əldə edirlər.

Şirkətlər məlumatları saxlamaq üçün nəhəng arxivlərə sərmayə etməkdənsə, həmin məlumatları buluda yükləyib, sonra isə onlardan istənilən yerdən istifadə edə bilərlər. Lakin şirkətin lazımi insanları şifrə ilə təmin etməsi və ya şifrəni dəyişməsi müəyyən problemlər yarada bilər.

Pitsburq Universitetinin elmi işçisi Adam Li:

“Qrupda olan istifadəçilərin icazəsini yeniləyəndə anlayırsan ki, bu proses zamanı sənədlərin endirilməsi, onların de-şifrəsi, yenidən şifrələnməsi və yüklənilməsi lazımdır. Yalnız ondan sonra şifrələrin paylanılması mümkündür.”

Bununla bərabər, bulud arxivləri həm də qıraqdan müdaxilələrə həssasdırlar. 2017-ci ilin ilk yarısında ABŞ-da bulud platformalarına 800 dəfə müdaxilə edilib.

Pitsburq Universitetinin alimləri deyir ki, onlar şifrələnmənin istifadəçinin maşınında qalacağı bir sistem yaratmaq istəyirlər. Bu sistem istifadəçiləri məlumata çıxışla təmin etməklə yanaşı, hər istifadəçinin hansı icazəyə malik olduğuna nəzarət edəcək.

Pitsburq Universitetinin elmi işçisi Adam Li:

“Bizim yanaşmamız ondan ibarətdir ki, bizim istifadə etdiyimiz maşınları dəyişmək, bulud təminatçılarının çalışma prinsiplərini dəyişmələrini istəməkdən daha asandır. ”

Müştəri paylaşmaq və qorumaq istədiyi qovluğu göstərərək, ona uyğun olan icazələri müəyyən edəndən sonra hər şey sistemə etibar olunacaq.

Pitsburq Universitetinin elmi işçisi Cek Lenq:

“Biz daha çox icazə siyasətinə yenidən baxılmasına diqqət yetiririk. İstifadəçinin istəyinə uyğun dəyişikliklərin edilməsi təminatçı şirkətlərin edə biləcəyi şey olmasa da, müştərilərin rahatlıqla edə biləcəyi işdir.”

Təhqiqatçılar deyir ki, onların bulud arxivlərinin şifrələnməsi üçün yeni tətbiqetməsi bir il ərzində istifadəyə verilə bilər.

XS
SM
MD
LG