Accessibility links

Bulut Ələmdar: İran Azərbaycanında əhali pandemiya ilə bağlı qonşu dövlətlərin tövsiyələrinə baxır


Bulut Ələmdar
Bulut Ələmdar

Siyasi fəal Bulut Ələmdar Amerikanın Səsi ilə söhbətdə deyir ki, əhali İranda hakimiyyətin tədbirsizliyindən dolayı gigiyena və sosial məsafə ilə bağlı qonşu dövlətlər, o cümlədən Türkiyədə görülən tədbirlərə uyğun olaraq davranmağa çalışır.

Bulut Ələmdar: İran Azərbaycanında əhali pandemiya ilə bağlı qonşu dövlətlərin tövsiyələrinə baxır
please wait

No media source currently available

0:00 0:13:40 0:00

Bulud Ələmdarın sözlərinə görə, “İran dövləti yetərli miqdarda sağlıq ləvazimatı və ərzaq təmin edə bilmədiyi üçün məsələni başıboş buraxdı. Əhali öz başına qaldı. Hərkəs istədiyi yerə gedər və istədiyini edər oldu. Buna görə, bizim bölgələrdə, millət özü özünü qorumağa çalışdı.”

Əhali öz başına qaldı. Hərkəs istədiyi yerə gedər və istədiyini edər oldu. Buna görə, bizim bölgələrdə, millət özü özünü qorumağa çalışdı.

Onun dediklərinə əsasən, İran Azərbaycanında bir çox insan sosial media və televiziya kanallarından qonşu ölkələrdə görülən tədbirləri öyrənməyə çalışır:

“Məsələn Türkiyə maska taxmağı məcburi edib. İranda belə qanun yoxdur. Millət digər ölkələrdə alınan tədbirləri televiziyalardan, sosial mediadan izləyir. İran dövlətinin tədbirsizliyindən dolayı digər ölkələrin gördüyü tədbirləri öyrənir və tətbiq edir.”

Siyasi fəal həmçinin pamdeniya dönəmində İranda ərzaqın bahalaşmasına diqqət çəkir.

“Mən Təbriz və Urmiyədən əsas ərzaqların qiymətlərini aldım. Bir-iki ay öncəki qiymətlərinə də baxdım. Qənd, çay, yağ, düyü, hamısı haradasa ikiqat bahalaşıb. Ən son da ki çörək bahalaşdı.”

Məsələn Türkiyə maska taxmağı məcburi edib. İranda belə qanun yoxdur. Millət digər ölkələrdə alınan tədbirləri televiziyalardan, sosial mediadan izləyir. İran dövlətinin tədbirsizliyindən dolayı digər ölkələrin gördüyü tədbirləri öyrənir və tətbiq edir.


Onun sözlərinə görə, xüsusilə etnik azlıqlar, o cümlədən türklər və lurların yaşadığı bölgələrdə xəstəxanalar lazımi resurslara sahib deyil: “Türk və lur bölgələri başda olmaqla etnik azlıq bölgələrində xəstəxana və yataq sayı fars bölgələrinin haradasa üçdə biridir,” o, ifadə edir.

İranda koronavirusun yayılmağa başladığı günlərdə virusa yoluxanlar və ölənlərin sayı barədə müxtəlif vilayətlərin səhiyyə xidmətləri tərəfindən açıqlanan məlumat ilə səhiyyə nazirliyinin açıqladığı statistik məlumat arasında ciddi ziddiyyətlər görünürdü. Daha sonra vilayət məsullarının məlumat açıqlamasına icazə verilmədi.

Bulut Ələmdarın sözlərinə görə, “ilk başlarda bəlkə də virusun bu qədər yayılacağı düşünməmişdilər. Amma daha sonra, vilayətlərdə məlumatın açıqlanması iki səbəbə görə yasaqlanmış ola bilər. Birincisi, etnik azlıq bölgələrdəki problemlərin ortaya çıxması. İkinci məsələ, ilk günlərdəki səhlənkarlıqlara görə rəqəmlər çox aşırı şəkildə yüksəldi. Bu millət içində qorxu yaratdı və millət tamamilə dövlətə güvənini itirdi. Buna görə vilayətlərdə məlumatın açıqlanmasını yasaqladılar.”

O əlavə edir, “Ərdəbildə gəldilər İmam Xomeyni xəstəxanasının baş həkimini ki, sayıları verirdi, işdən çıxardılar. Ərdəbil Tibb Universitetinin rektoru deyirdi, bizim yetərli xəstə yatağımız yoxdur. Onu işdən çıxardılar. Luristanın bir xəstəxanasının rəisi dedi ki, dövlət bizə basqı edir ki rəqəmləri deməyin. Onu da çıxardılar... Yəni sadəcə məlumatı gizlətmək deyil, doğru çalışan və millətə doğru bilgi verənləri də işdən aldılar. Qovdular.”

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG