Accessibility links

Nənələrin xoş niyyəti Buranovu kəndinin həyatını dəyişdirir


 '
'

“Buranovskiye Babuhski” fondunun yardımı ilə kənddəki qədim kilsə bərpa edilir

Eurovision 2012-dən iki aya yaxın vaxtın keçməsinə baxmayaraq mahnı müsabiqəsinin favoritləri olan “Buranovskiye Babuhski” populyarlıq rekordu vurmağa davam edir.

İsti yay günlərinə baxmayaraq nənələr Vitebsdə Slavyanskiy Bazar festivalında konsertləri bitirdikdən sonra, yeni qastrola hazırlaşırlar. Nənələr Rusiya rəsmilərinin qəbulunda olub, ölkənin tanınımış sənət ustaları ilə görüşür. Yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinin Udmurtiyada nənələri ziyarət edəcəyi deyilir. “Buranovskiye Babuhski” abadlıq işlərinin durmadan davam etdiyi dogma Buranovo kəndində prezidenti əziz qonaq kimi qarşılayacaqlarını deyirlər.

Eurovison müsabiqəsindən sonra yerli hökumət kəndə işıq və su çəkilməsi, yollara asvalt döşənməsi və məktəbdə süərtli internetin yaradılması ilə məşğuldur. Lakin“Buranovskiye Babuhski”nin ən böyük layihəsi kənddə 1901-ci ildə tikilmiş kilsənin bərpasıdır. Nənələri Eurovision müsabiqəsinə gətirən yol da elə buradan başlamışdır.

Kilsənin bərpasına vəsait toplamaq üçün nənələr udmurt dilində Beatles da daxil olmaqla, Qərbdə tanınmış qrupların mahnılarını udmurt dilində ifa etməyə başlamış və bunun nəticəsində Buranovunun bərpası fondunu yaratmışlar. Bu xoş məram Buranovo nənələrini Eurovision müsabiqəsinə gətirmişdir.

Müsabiqənin favoritləri kimi kəndə dönən nənələrin şöhrəti indi həm onların, həm də Buranovunun həyatını dəyişdirir. Sovet dövrü Buranovo nənələri dini ayinlərin icrasını yetinə yetirə bilməsə də, etiqad və inamı daxildə yaşatmışlar, lakin kilsəni belə bərpa edə biləcəklərini ağıllarına gətirə bilməmişlər. Kilsənin bərpası üçün illər uzunu dualar oxuyan “Buranovskiye Babuhski” buna Eurovision pop mahnıları ilə nail ola biləcəklərini təsəvvür etmirdi. Amma kim edə bilərdi ki.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG