Burkina Fasoda ordu komandiri bildirib ki, uzun müddət prezident olmuş Blaise Kompaorenin istefasından sonra o, hakimiyyəti ələ keçirib.
General Honore Traore Ouaqadouqouda jurnalistlərə açıqlamasında Qərbi Afrikada yerləşən Burkino Fasoda hakimiyyətə gəldiyini bəyan edib.
Gerenal ilk dəfə dünən səlahiyyətlərinin icrasına başlayaraq keçid hökumətinin qurulması plannlarını açıqlayıb və cənab Kampaoreyə qarşı zorakı aksiyalardan sonra səhərdən axşamadək fövqəladə vəziyyət elan edib.
Yerli media istefa bəyanatını da yayımlayıb.
Keçmiş koloniyaçı Fransa isə dərhal istefanı yüksək qiymətləndirdiyini açıqlayıb.
"Burkina 24" televiziyasının məlumatına görə, sabiq prezidenti sarayının zirehli maşınların müşayiəti ilə tərk edib.
Cənab Kompaore 1987-ci ildə hakimiyyəti ələ keçirəndən bəri 27 il idi ki Burkina Fasoya rəhbərlik edib.