Accessibility links

Səhranın ortasında ütopik cəmiyyət [Video]


Səhranın ortasında utopik cəmiyyət
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Nevada ştatından bir qədər uzaqlıqdakı səhradan ən yaxın böyük şəhərə üç saatlıq avtomobil məsafəsi var. Burada telefonlar siqanal tutmur. Gündüzlər havanın temperature 40 dərəcədən çox olsa da, gecələr hava mənfi dərəcəyə qədər soyuyur. Bu cür ekstremal vəziyyətə baxmayaraq səhra hər il bir həftə boyunca 70 min insanı qonaq edir.

Cet-in 11 yaşı olmasına baxmayaraq bu festival artıq onun 12-inci Burning Man festivalı olacaq. O ilk festivalına anasının bətnində ikən qatılıb. Cet atasının illər əvvəl inşa etdiyi nəhəng köpək balığı avtomobili idarə etməyi çox sevir və o Black Rock şəhərinin ilk prinsipi olan radikal özünə inam prinsipinə sadiqdir. Bu onun lazımlılar siyahısıdır.

“Buz, su, gözlük, maska, günkremi, dodaq balzamı.”

İştirakçılar tərəfindən veteran “burner” kimi çağrılan Maykl bura öz qızı ilə birlikdə gəlib. Onlar birlikdə pedallarla idarə olunan və propan qazı üfürən “Berserker” adlı mexaniki əjdaha hazırlayıblar.

Sənət azadlığı Black Rock şəhərinin qanunudur .

Burning Man-də pul mübadilə vasitəsi deyil. Bunun əvəzinə isə iştirakçılar yardımsevərlik prinsipi ilə fəaliyyət göstərirlər. Xidmətin hansı olmasından asılı olmayaraq, burada iştirakçılar havayı yemək yeyib, içki içirlər. Hətta onlar təamilə pulsuz olaraq dünyanın hər yerinə məktub göndərə, velisopedlərini təmir edə bilirlər.

Burning Man daha gözəl bir dünyanın xəyalıdır. Burada insanlar normal həyat tərzlərilə

bir araya gələrək, bir-birilərinə inam içərisində sosial eksperiment keçirirlər. Onlar içində yaşadıqları kapitalist cəmiyyətə alternativ yaradırlar. Bir həftə boyunca səhrada dünyadan təcrid olunan insanlar üçün bu ütopiya reallığa çevrilir.

XS
SM
MD
LG