Accessibility links

Burrito çatdıran robotlar küçələri işğal edib


Burrito çatdıran robotlar küçələri işğal edib
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Şirkətlər pilotsuz avtomobil hazırlanması yarışında rəqabətdədir. Başqa bir rəqabət isə insanlara yemək çatdırılmasınının pilotsuz həyata keçirilməsidir. Həmin məhsullardan biri artıq Kaliforniyanın Berkli küçələrində sınaqdan keçirilir.

Bu, robotların işğalı deyil. Sadəcə olaraq, Kiwi adlı robotlar Berkli küçələrini gəzərək, növbəti sifarişlərini gözləyirlər.

Saşa İatsenia, Kiwi, Məhsul rəhbəri: “Bizim kiçik robotlar piyada yollarında gəzir və məhəllənizə qida çatdırır. İndiki sənaye, saatda 2-3 çatdırılma edə bilir. Bizim robotlar isə 6-8 çatdırılma etmək gücündədir.”

Telefon tətbiqetməsi vasitəsilə insanlar yaxınlıqdakı restorandan yemək sifariş edir. Daha sonra kuryer həmin yeməyi götürüb, yaxınlıqdakı robota yerləşdirir. Robot isə yeməyi sifarişçiyə çatdırır.

Təbii ki, bu, hələlik küçələr üçün yenilikdir. Lakin altı kamera və məsafəni ölçən sensorlarla təchiz edilmiş Kiwi robotları maneələrə baxmayaraq, sifarişi vaxtında çatdırır.

Bala Yellapraqada, Kiwi, Data mütəxəssisi: “Bu vizuallaşdırıcı ilə avtopilotun nəyə baxdığını görürük. Beləliklə, sistem hərəkət edən avtomobilləri, insanları və ya skuterləri müəyyən edə bilir.”

Robotlar hər gecə Kiwi qərargahına geri dönür və orada daha yaxşı xidmət üçün sazlanır.

Bala Yellapraqada: “Avtopilot burada kölgəyə baxır və düşünürü ki, bu divardır və ona görə də onunla məsafə saxlamağa çalışır. Biz bu cür şeylərin təkrarlanmasını istəmirik.”

Kamera maneələri müəyyən edə bilmədiyi halda isə digər sensorlar köməyə gəlir.

Başqa bir təhülkəsizlik tədbiri Kolumbiyada olan monitorinq komandasıdır. Onlar robotun hər addımını izləyir.

Saşa İatsenia: “Qısaca desək, bu əllərində coystik olan bir qrup insandır və real həyatda video oyun oynamaları kimidir. Onlar robotların hərəkətini izləyərək, onların quyuya düşməsinin, yıxılmasının və ya kiməsə dəyməsinin qarşısını alırlar. ”

Adama elə gəlir ki, yarım saat ərzində bir burritonu gətirməyə həddindən artıq diqqət ayrılır. Lakin hər çatdırılma ilə, biz robotların gözəl dost olduğu gələcəyə bir addım daha yaxın oluruq.

XS
SM
MD
LG